Valyuta məzənnəsi

Bərdədə ulu öndərə hörmətsizlik: Başçı “Saray”ın materiallarını Elmar Vəliyevin fermasına göndərib - Dosye

Tarix:17-10-2018, 13:08

 
 
 
 
 
 
 
Vəzifəsi ilə vidalaşacaq növbəti şəxs Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev olacaq. Bu barədə azfakt.com yazıb

Cahan.info sayta istinadən yazır ki, dövlət başçısı ilin sonunadək daha bir neçə rayonun icra başçılarını dəyişəcək. Vidadi İsayev Bərdə rayonunda abadlıq-quruculuq işləri adı altında milyonlarla dövlət vəsaitini mənimsəyib. 

Sayt yazıb ki, onun 2011-ci ildən indiyədək Bərdəyə rəhbərlik etdiyi dövrdə satmadığı yer qalmayıb. Ona korrupsiya fəaliyyətində "krışalıq" edən Gəncə icra başçısı Elmar Vəliyev vəzifədən azad edildikdən sonra Bərdəni qarış-qarış satmağa başlayıb. Satmağa yer tapa bilməyən icra başçısı indi də məktəblərin böyür-başını satmağa başlayıb. 

"Qəhramanlar parkı"nın solunda "köhnə bazarın" yerində yeni inşa edilən məktəbin qabaq hissəsini 1 sotunu 20 min manatdan iş adamlarına satıb. 

O iş adamları da məktəbin profilinə uyğun olmayan obyektlər tikirlər. Vidadi İsayevin yol verdiyi qanunsuzluqlar bununla bitmir. 

Hələ bir neçə il öncə Vidadi İsayev Ulu Öndər Heydər Əliyevdən Bərdəyə yadigar qalan "Saray"ı yerlı-yeksan etdirib bütün tikinti materiallarını Kürün qırağında Elmar Vəliyevin fermalarına göndərdi. O sarayın xarabalığı Bərdədə hələ də qalmaqdadır. 

Halbuki ötən sərin 70-ci illərində Ulu Öndər Heydər Əliyevin inşa etdirdiyi bu möhtəşəm memarlıq abidəsini təmir etməklə gələcək nəsillərə saxlamaq olardı.

Bərdədə tikilən bütün heyvandarlıq komplekslərindən "pay" götürüb. Sahibkarlara verilən kreditlərdən icra hakimiyyəti "şapka" tutub. 2015-ci ildə pilot layihə çərçivəsində Bərdənin Kolayır kəndində 27 ailəyə verilən 189 baş ətlik-südlük "simmental" sort iribuynuzlu heyvanlardan bu gün əsər-əlamət yoxdur. 

Eləcə də Sahibkarlığa Kömək Milli Fondunun ayırdığı güzəştli kreditlərlə Bərdənin Lək kəndində inşa edilən 2 min tonluq soyuducu anbar ve eləcə də rayonun digər ərazilərində inşa edilən bu tip obyektlər bu gün iflas həddindədir.

Cahan.info yazır ki, V.İsayev dövlət büdcəsindən mənimsədiyi pullara Mixaylovka kəndində imarət ucaldıb, rayonda çay evləri, restoranlar açıb, oğluna obyektlər bağışlayıb. 

Bu faktlar bağlı reportyor.info da mühüm məlumatlara toxunub. Sayt yazıb ki, V.İsayev prezident İlham Əliyevdən fərqli olaraq, şəhid ailələrini, qaçqınları görən gözü yoxdur. O mənada ki, onları görmək, görüşmək istəmir, qapısına gələni qəbul eləmir, birinin dərdinə yanmır.

Xatırlayırsınızsa, şəhid xanımı Yasəmən İsmayılovanı qəbul etməmiş, qovmuş, məsələ ictimailəşəndən sonra evinə polis göndərib onu həbslə təhdid etmişdi. Yəni, bu tip adamdır.

İkincisi, Vidadi İsayev şəhərin mərkəzində əlini hara qoyursa, oranı səhər 150-200 minə imkanlı biznesmenlərə satır. Prezident son çıxışında bu məsələdən sərt danışmışdı.

Vidadi İsayevin əlindən bir qarış səki, torpaq, yaşıllıq qalmayacaq. İcra başçısı yaşıllıqları iş adamlarına satır, tikintiyə qurban verir, heç kəs də ona qarışa bilmir.

Hətta Milli Məclisin rəsmi orqanı olan "Azərbaycan” qəzeti də Bərdədə yaşıl terrordan yazmışdı, deputat Bəxtiyar Sadıqov Vidadi İsayevi tənqid etmişdi. Amma nə deputatın çıxışı, nə parlamentin qəzetinin tənqidləri, nə də prezidentin son mesajları Vidadi İsayevə dərs olub.

Digər bir qanunsuzluq faktı ondan ibarətdir ki, sahibkarların əksəriyyətinin obyektlərinin qarşısı çəpərlənib, divar hörülüb. İş adamları "qan ağlayır”lar. 

İcra başçısından dad edən sahibkarların səsinə səs verən yoxdur. Hərçənd ki, prezident son çıxışında iş adamlarına müdaxilələrin yolverilməz olduğunu bir daha xatırlatmışdı.

Amma Vidadi İsayev dükanların qarşısını hasarladıb, hansı mağaza sahibi 3-5 min manat verirsə, çəpər sökülür.Çoxu da bu pulu verə bilməyib deyə obyektlər hasarların arxasında "gizlənib”.

Cahan.info xəbər verir ki, Vidadi İsayev bu illər ərzində dövlət büdcəsinin sosial-iqtisadi inkişafa, abadlıq-quruculuğa ayrılmış vəsaitlərini havaya sovurub, tar-mar edib. Bu pullara Mixaylovka, Hacıkənd, Bərdə, Bakı və başqa yerlərdə özünə bağ evləri, imarətlər, saraylar ucaldıb.

Amma sahibkar əziyyət çəksin, 5 min verib hasarı sökdürsün, şəhid ailəsi komada yaşasın, qəbuluna düşə bilməsin, Vidadi İsayev isə həmin villalarda kef çəksin, lüks həyatını yaşasın…

Onun Bərdədə balıq gölləri, vətəgələri, çay evləri, saysız-hesabsız obyektləri fəaliyyət göstərir. Bu da azmış kimi, Yevlax Arxiv İdarəsinin rəhbəri olan xanımına Bərdədə idarəyə aid xidməti avtomobili bağışlayıb.

Bütün bu faktlar mətbuatda geniş təqdim olunub və kuratorların prezidentə arayış şəklində təqdim edəcəyini Bərdə ictimaiyyəti səbirsizliklə gözləyir. Az əvvəl Bərdə ziyalılarının da prezidentə V.İsayev zülmündən məktubu yayımlanmışdı.

Bundan əlavə, V.İsayev şikayətçiləri hədələyir, hüquq-mühafizə orqanları ilə təhdid edir, vətəndaşları qorxudur ki, ondan Bakıya şikayət yazmasınlar, mediada çıxış eləməsinlər.

Bunun əvəzində isə icra başçısı həmin parkda oğlu üçün dəyəri 100 min manat olan «Ana və Uşaq» kafesi inşa etdirib.
Oxunub: 692



XƏBƏR LENTİ