Bir müddət öncə prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilən Beyləqanın sabiq icra başçısı, professor Vaqif Abdullayevin səhhətində problem yaranıb.
obyektivxeber.info Unikal.org-a istinadən xəbər verir ki, Vaqif Abdullayev səhhəti ilə bağlı müalicə alır. Onun xarici ölkələrdən birində müalicə aldığı bildirilir.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Beyləqanın sabiq icra başçısı səhhətində problem olduğunu təsdiqləyib. o, bu barədə ətraflı məlumat verə bilməyəcəyini və hazırda kənarda olduğunu deyib.