Valyuta məzənnəsi

Gürcü sahibkar müstəntiqi və vəkili ittiham etdi- VİLAYƏT EYVAZOVA ŞİKAYƏT

Tarix:5-11-2019, 23:36

Gürcü sahibkar müstəntiqi və vəkili ittiham etdi- VİLAYƏT EYVAZOVA ŞİKAYƏT


Ötən sayımızda Azərbaycandakı şərikləri tərəfindən bir molyon manatlıq əmlakı mənimsənilən gürcüstanlı sahibkar Leyla Janaşıya haqda yazmışdıq. Korrupsiya.org bildirir ki, artıq məsələdən Gürcüstan səfirliyi də agahdır.

Bu dəfə şikayətçi işdə adı keçən Səbail Polis İdarəsinin müstəntiqi Cavid Məmmədov və vəkili Namiq Ələkbərov haqda danışıb. Bu iki şəxs iddialarına görə onun küllü-miqdarda pulunu mənimsəyiblər. Sahibkarxanım daxili işlər naziri Vilayət Eyvazova müraciət yazıb. Həmin müraciəti olduğu kimi veririk:






"Daxili İşlər Naziri Cənab Vilayət Eyvazova


Bakı şəhəri, Səbail rayonu,Neftçilər Prospekti,
ev 87,mən.30-da kirayədə yaşayan,
Gürcüstan Respublikasının vətəndaşı Janashia Leyla
Mixail qızı tərəfindən
Tel: 055 668 44 55


Ə R İ Z Ə

Hörmətli Cənab Nazir!!!


Yazıb Sizə bildirirəm ki, mən uzun müddətdir ki, Azərbaycana gəlib- gedirəm.Özüm Gürcüstan vətəndaşıyam.Təxminən 2006 –ci ildə Gürcüstan Respublikasının vətəndaşı ,milliyyətcə azərbaycanlı olan Rebeka (təxminən 2008- 2009 –illərdə o yaşının –başının bu vaxtında hansı məqsədlə Naira adını dəyişərək Rebeka adını rəsmiləşdirmişdir)Saxtarova adlı qadınla tanış oldum.(Ünvan:Bakı Şəhəri,Nərimanov r-nu.Təbriz küçəsi,770-ci məhəllə,ev 6 .mənziil 68 Tel:050 594 55 52)Həmin ərəfələrdə mən köhnə (antekvar ) əşyaların alqı -satqısı ilə məşğul olurdum. Bu baxımdan mən azərbaycan dilini bilmədiyim üçün Rebeka mənə köməklik edirdi.Sonradan mən BUM –da icarəyə götürdüyüm yerin icarə məsələlərində, vergi məsələlərində mənə köməklik edirdi. Sonradan Rebeka mənim etibarımdan sui- istifadə edərək mallarımın ona məxsus olduğunu bildirdi.Onda mən 5 saylı Vəkil bürosunda vəkil tutmalı oldum. Onu mənə tanışlarımdan biri məsləhət görmüşdü.Namiq Ələkbər oğlu Ələkbərov (050 210 78 90 ) adlı vəkillə müqavilə bağladım. ( Bağladığım müqavilənin surətini mənə təqdim etmədi) Ona xidmət üçün 3000 manat pul verdim. O birlikdə işə gəldi,Rebeka və qızı Aylin mağazada idi. Vəkil bu məsələ ilə bağlı maraqlandı və mənə kömək edəcəyinə söz verdi. Lakin o məndən müstəntiqə vermək üçün əlavə pul istədi , mən ona 3000 min ABŞ dolları pul verdim. Mənə əşyalarımın qaytarılmasına söz verdi. Sən demə Namiq məni düz 7 ay aldadaraq guya işin getdiyini söyləsə də məlum oldu ki, 31 iyulda müstəntiq mənə rədd qərarı vermişdir.Bunu bu yaxında bildim. Maraqlı burasıdır ki, qərarın ləğv edildiyini vəkil bildiyi halda , bunu məndən gizlətmiş, guya işin hələ də getdiyini bildirərək məndən müstəntiq Cavid Məmmədova vermək üçün əlavə 10 min ABŞ dolları istəmişdir. 20 sentyabrda Namiq məndən müstəntiq Cavidə 10 min dollar vermək üçün məndən pul almışdır. Sonradan mən12.10.2019 tarixdə həmin qərarı aldıqda mənə hər şey məlum oldu.











Hörmətli Nazir!!!


Mən xarici vətəndaşam.İşin gedişində Rebeka mənim başıma çox oyun gətirdi. Belə ki, Rebeka –Dilarə cütlüyü əlbir olaraq guya Dilarəyə mənim pul borcum olduğunu bildirərək məndən ötən il ,28 dekabrda Miqrasiya İdarəsinə şikayət verdi. Halbuki, Dilarə qayda ,qanunu bildiyi halda ,niyə polisə deyil,məhkəməyə deyil məhz Miqrasiya İdarəsinə müraciət etmişdir? Mənim Respublikadan Deport olunmağımın xahişini etmişdir. Məntiqi götürsək Əgər mən ona borclu isdimsə o əksinə mənim çıxışıma qadağa qoydurmalı idi,nəinki deport olunmağım.Bu Turalın Rebeka ilə qurduğu oyun idi.Məni respublikadan kənarlaşdırmaq, mənə məxsus olan malları mənimsəmək. Xahiş edirəm ki, Tural özünü DTX əməkdaşı, gah Polis işçisi kimi təqdim edərək min bir oyundan çıxır. Mənim DİN-ə yazdığım ərizələrin birinə də bu günə kimi heç bir cavab verilmədi. Tural haqınnda sorğu verilərsə onun dələduzluğu barəsində çoxlu faktlar ortaya çıxar. Lakin onun adamı kimdirsə ,bu günə kimi onun himayəsi ilə cinayətdən kənarda qalıb. Miqrasiyada Turalın dostu olan Miqrasiya İdarəsində işləyən müstəntiq Rüfət (tel: 055 510 61 09) məni yanvar ayında ora dəvət etdi.O mənə dedi ki,sən qanunu pozmusan.Sən mağaza işlədə bilməzsən.Onda Rebeka mağazada idi. Mənə mağazadan zəngedərək dedi ki, sən Rüfətə de ki, bütün mağazadakı mallar Rebekanındır, qoy səndən əl çəksin.Bu zaman Tural qeyri –qanuni saxladığı Rebekanın qızı Aylinin telefonu( 055 938 70 70) ilə mənə zəng edərək dedi ki, Rebeka sənə nə deyir onu da elə. Rüfət mənə izahat yazdırdı, sualları özü qoydu,məni isə məcbur etdi ki, sullara yazılı cavab ver. Mən oradan çıxanda Rüfət mənə arxadan dedi ki, vergi səni çağıracaq, verginin zəngini gözlə. Bir neçə gündən sonraRüfət mağazaya ayrıca bir qadın göndərdi, mağazadan nəsə almaq adı ilə.Qadın gümüş dolcanı əlinə götürüb mənimlə birlikdə şəkil çəkdirdi.Sən demə bu qadın bu şəkli Rüfətə verməklə mənim həmin mağazada işləməyimin sübut edib, təsdiqləmək istəyirdilər.Sonradan Rüfət mağazaya başqa qiyafədə mülki geyimdə bir dostu ilə gəldi , Rebekadan gümüş çəngəl bıçaq dəsti istədi. Onun yanındakı şəxs mənim oturduğum otağa yaxınlaşdı, bəzi şeylərlə maraqlandı.Mən Rebekanı göstərdim. Dedim ondan soruş.Rüfət Rebekadan nömrə götürdü , dedi ki, o zəng edəcək gəlib bəzi şeylər alacaq. Onda mən Rüfəti tanımadım.Onlar zəng etmədi. Sən demə bu oyunlarıRüfət ,Tural,Rebeka ilə qurmuşdular. Rüfət VergilərDepartamentinə mənlə bağlı məktub göndərir. Bununla bağlı mənə 070 610 16 16 saylı nömrədən zəng gəldi. Özünü Seymur kimi təqdim edərək , mənə izahat vermək üçün Departamentə dəvət etdi. Mənə dedi ki, şəhəri tanımırsansa adam göndərim qarşılasın. Zənglə bağlı Rebekaya dedim. Mənə dedi ki, sən narahat olma, həmin adamın nömrəsni ver, Tural ora gedib məsələni aydınlaşdırar. Tural sonra gəlib dedi ki, sənin vergidə böyük problemin var,guya 28 min mənim vergiyə borcum var. Tural dedi ki, sənin işin vəkilsiz keçməyəcək.Mən vəkil tapmışam 1000 dollar pul tap ver Rebekaya , tapşıraq, sənin problemini vəkil həll edəcək. Sənə zəng etsələr ora getmə.Biz məsələni özümüz yoluna qoyarıq.Rebeka məni 20 saylı vəkil məsləhətxanasına gətirdi.O mənibirinci mərtəbəyə apardı .Rebeka dedi ki, bu vəkil sənə kömək edəcək ,adı da Rəşaddır. Şahini "Rəşad”kimi təqdim edən bu şəxs, mənə bir kağıza qol çəkdirdi. Mən azərbaycan dilini bilmədiyim üçün onunla Rebeka vasitəsi ilə danışırdim.Guya Rəşad(Şahin) rus dilini bilmədiyi üçün Rebeka tərcümə edirdi. Rebeka vəkil üçün 1000 ABŞ dolları istədi.Verdim.Mənə heç bir qəbz vermədi.Hətta onlar məndən notarisdan 5 illik etibarnamə də götürdülər. Etibarnaməni hansı məqsədlə götürdüklərini bilmədim və orada nəyazılmışdı onu da bilmədim.Onun surətini mənə vermədilər. Mənə Rebeka dedi ki, narahat olma, Rəşad(Şahin) vəkil deyir ki, vergiyə ərizə yazacaq. Tural isə dedi ki, mən vergi ilə danışdım. Vergi 5000 ABŞ dolları pul istəyir.Mən pulum olmadığını bildirdikdə Rebeka mənə dedi ki, Turala antekvar gümüş mal ver o aparıb pula çevirsin. Mən ona 13 min dollarlıq gümüş mal verdim. Tural bu malı guya harasa qoyub 5000 ABŞ dollar pul götürüb vergiyə verəcəkdi. O malların pulunu Tual kimə verdi, məlum olmadı.Mən sonradan məsələni vəkilim Namiqə dedikdə o gəlib "Rəşadla” (Şahin) görüşdü. Məlum oldu ki, həmin vəkilin adı guya "Elçindir” (Şahin)Namik belə dedi , mənə nömrəsin də verdi..Mən sonralar ona nə qədər zəng etsəm də telefonu götürmədi. Bu yaxında 23 oktyabrda ,özüm ora, 20 saylı vəkil bürosuna getdim.Məlum oldu ki, həmin vəkilin adı Şahin Məhərrəmov imiş.(055 210 80 09) Ondan mən Rebeka vasitəsi ilə bağladığım müqavilənin surətini və ödədiyim pulun qəbzin istədim. Vermədi. Maraqlıdır ki, Şahin məni Notariat kontoruna aparıb oradan 5 illik əlavə etibarnaməni əlavə niyə götürdü ??? Bir ərizə yazmaq üçün ona mənimlə bağladığı müqavilə kifayət etmirdimi?Görəsən , vergiyə ərizə yazmaq üçün əlavə olaraq etibarnamə götürməsi hansı məqsədi güdürdü??? Mən Azərbaycan vətəndaşı olan Tural və Rebekanın oyunlarına düşdüm. Təəssüf ki, onların oyunlarına Sizin iki vəkil Namiq və Şahin də qoşuldu. Baş rolda Cavid Məmmədov oynadı. Hal- hazırda Rebeka ilə işim Prokurorluqda araşdırılır. Bildirirəm ki, mən sonradan Şahinlə görüşdüm.O mənə dedi ki, mənə 1000 dollar çatmayıb.Rebeka mənə cəmi 200 AZN verib.


Hörmətli Nazir!!!


Onu da qeyd edim ki, Rüfət, Vergi məsələsindən sonra , 15 iyulda məni təkrar İdarəyə çağırdı.O mənə dedi ki, sən orada işləmirsən, sənin orada heç bir əşyan yoxdur,Rebeka deyir ki, sən orada heç kimsən. Dilarə və Rebeka təsdiq edir ki, bütün əşyalar hamısı Rebekaya məxsusdur. Sən 3 illik Deportasiyaya qol çək bir də 400 mamat cəriməyə qol çək.Mən qol cəkmədim.Mənə dedi ki. otkaz etdiyinə görə səni həbs edəcəyik. Və ondan sonra onlar məni Kürdəxanıya göndərdilər.Məni orada 3 saat saxladılar.Vəkilim Elçin Sadıqovun müdaxiləsindən sonra məni buraxdılar. Rüfət mənə yenə də dedi ki, fikirləş, bəlkə qol çəkəsən?mən razı olmadım,onda Pasportumu qaytardılar və mən oradan çıxdım.
Bu gün mən çox pis durumdayam.Pulsuz, çörəksiz.Gətirdiyim malları isə Gürcüstandan nisiyə alıb gətirmişdim. Bu gün o malları ya qaytarmalı ,ya da pulunu ödəməliyəm. Əgər mən Gürcüstanda desəm ki, Azərbaycanda gəlib polisin, Vəkillərin labirintinə düşmüşəm , Gürcüstanda mənə heç kəs inanmaz. Bizlərdə polislər, vəkillər , müstəntiqlər heç vaxt belə şeylərlə məşğul olmur.Əksinə bizim hüquqlarımızı qoruyurlar!!!


Hörmətli Nazir!!


Mən tanış bir adamdan 10 min ABŞ dolları borc alıb 20 sentyabrda Namikə verdim ki, o pulu Cavidə çatdırsın. Lakin onlar mallarımı mənə qaytarmaq əvəzinə məni aldatdılar.Bütün malların notariat qaydada təsdiq edilmiş sənədləri onlara rəsmi şəkildə təqdim etdim.Lakin onlar mənimlə oyun oynadılar. Həmin sənədləri işin içinə qoymadılar.Cavid İyul ayının 31- də cinayət işinin rədd edilməsi haqqında qərar qəbul etdiyi halda , o hansı məntiqlə sentyabrda 10 min dollar pul məndən götürmüşdür? Caviddən həmin pulun ona çatdığını soruşduqda mənə, Namiqin ona pulu verdiyini bildirdi.
Bildirirəm ki, bu dediklərimin təsdiqi üçün Namiqin məndən götürdüyü 13 min dolların videosu , səs yazıları və Watsap yazıları var.Onları istənilən anda Sizəvə ekspertə təqdim edə bilərəm.
onu da qeyd edim ki, Tural Etibar oğlu Əhmədov (055382 0082,055 446 57 49) polislərin guya məni axtardığını , vergiyə borclu olduğumu bildirərək müxtəlif adamlara polis adı ilə zəng etdirərək Yasamal,səbail, Nəsimi polis idarələrinə dəvət etdilər.Polis adı ilə (055 624 31 89, 050 404 35 54, 055 211 67 56) bu nömrələrdən mənə zəng elətdirib məni hədələdilər.Tural 3000 dollar polislərə vermək adı ilə məndən pula lıb polisləri susduracağına söz Verdi.Mən ona Pul verəndən sonra onlardan mənə zəng gəlmədi.


Hörmətli Nazir !!!


Məni Azərbaycanda pis duruma salıblar.Xahiş edirəm ki,Cavidə verdiyim13 min ABŞ dollarını, Namikə verdiyim 3000 AZ N , Özünü DİN-in əməkdaşı kimi təqdim edən Turalın Şahinin adı ilə məndən aldığı 1000dollarımın , məndən vergiyə görə aldığı 13 min dollar məbləğində olan gümüş əşyalarımı,3min dollar guya polislərə verdiyini iddia edərək məndən aldığı pulu mənə qaytarılmasına kömək edəsiniz. Onları isə cinayət məsuliyyətinə cəlb etməyinizi xahiş edirəm.
İmza: Leyla Janashia”



Qarşı tərəfin mövqeyin dərc edə bilərik.

Oxunub: 475



XƏBƏR LENTİ