Valyuta məzənnəsi

Baş prokuror Düşənbədə ikitərəfli görüşlər keçirib - Fotolar

Tarix:17-05-2024, 22:17

bas-prokuror-dusenbede-ikiterefli-gorusler-kecirib

 

Xəbər verildiyi kimi, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin baş prokurorlarının 5-ci iclasında iştirak etmək məqsədilə Düşənbə şəhərində işgüzar səfərədir. 

YeniAN.az  xəbər verir ki, mayın 17-də keçirdiyi görüşlərdə Baş prokuror Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə həmkarlarını məlumatlandırıb.

Tacikistanın Baş prokuroru Yusuf Raxmonla keçirilmiş görüşdə qarşılıqlı hüquqi yardım sahəsində əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, həm ikitərəfli, həm də çoxtərəfli formatda, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən danışılıb. Tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

İranın Baş prokuroru Məhəmməd Azad Movahedi ilə keçirilmiş görüşdə prokurorluqlarımız arasında əlaqələrin dinamikası müsbət qiymətləndirilib. Kamran Əliyev iranlı həmkarını ölkəmizə rəsmi səfərə dəvət edərək əməkdaşlığın bundan sonra yüksələn xətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Bundan başqa, Baş prokuror İƏT-in Baş katibi Xosrov Noziri ilə görüş keçirib. Baş Katib bildirib ki, baş prokurorların Düşənbə görüşü ötən ilin sentyabrında Bakıda keçirilmiş iclasın uğurundan bəhrələnir. Kamran Əliyev ölkəmiz tərəfindən İƏT-lə əlaqələrə hər zaman böyük önəm verildiyini qeyd edib. 

Görüş zamanı təşkilatın işinin təkmilləşdirilməsi, təşkilata üzv olan dövlətlər arasında hüquqi müstəvidə qarşılıqlı münasibətlərin, cinayətkarlığa qarşı mübarizə, eləcə də qarşılıqlı beynəlxalq hüquqi yardım üzrə birgə fəaliyyətin inkişaf etdirilməsi, əməkdaşlığın gələcək perspektivləri mövzusunda müzakirələr aparılıb.

Həmçinin, Baş prokuror Pakistanın Baş prokurorunun müavini Raşdin Navaz Kasuri ilə görüşüb. İki dost və qardaş dövlətlər arasında hərtərəfli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib, prokurorluqlarımız arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb. Görüşdə hər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya məsələləri müzakirə olunub.

Səfər çərçivəsində 2021-ci ilin noyabrın 1-də Bakıda təsis edilmiş Türk Dövlətləri Təşkilatının Baş prokurorlarının görüşü keçirilib. Görüşdə TDT çərcivəsində gələcək əməkdaşlıq perspektivləri, o cümlədən, cari ilin iyul ayında Qırğızıstanda keçiriləcək Şuranın 3-cü iclası ilə bağlı təşkilati məsələlər müzakirə edilib.

Nümayəndə heyətinin Tacikistana səfəri başa çatıb.


 

Oxunub: 159



XƏBƏR LENTİ
Şuşanın təbiəti sakinlərin 30 illik ayrılıqdan sonra öz evlərinə qayıtmasına sevinir HİKMƏT HACIYEV
ANAMA Kəlbəcərdəki mina partlayışından sonra əhaliyə növbəti çağırış edib
Bakıda 75 yaşlı kişi qətlə yetirildi: Şübhəli şəxs saxlanıldı
"Kliniki ölüm keçirtdim" - Natavan Həbibi
“Microsoft”a görə ABŞ-də ləğv edilən uçuşların sayı 2,3 mini keçdi
Azərbaycan nefti ucuzlaşıb
Prezident İlham Əliyevin ll Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü canlı yayımlanacaq
Xankəndiyə marşrut xətti açılır - RƏSMİ
FTX Yessentukidə terror aktının qarşısını alıb
Hərbi xidmətdən yayınmaq istəyənlər üçün PİS XƏBƏR - Artıq mümkün olmayacaq...
Ermənistanda təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb
Berlin hava limanında uçuşlar dayandırılıb
Dünyada kütləvi nasazlıq yaşanır: Hava yolları və bankların işində problem
Çimərliyə gedənlərin NƏZƏRİNƏ! - Bu şəxslər 1 000 manat CƏRİMƏ OLUNACAQ
İlham Əliyev Oksfordda Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb
lham Əliyev Oksfordda Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşüb
İlham Əliyev Oksfordda Çexiyanın Baş naziri Petr Fiala ilə görüşüb
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib
İlham Əliyev Bakıda əsaslı şəkildə yenidən qurulan Nərimanov parkının açılışında iştirak edib