Valyuta məzənnəsi

Putin: “Əvvəlcə, görək, Fransa Ukraynaya qoşun göndərir, ya yox”

Tarix:17-05-2024, 22:48

Putin qurumların rəhbərləri ilə terror aktını müzakirə etdi

 

Rusiya prezidenti Vladimir Putin deyib ki, biz əvvəlcə Fransanın Ukraynaya öz qoşunlarını göndərib-göndərməyəcəyini anlamalı, sonra isə bu hərəkətlərə cavab vermək üçün mümkün variantları nəzərdən keçirməliyik. 

YeniAN.az  xarici mediaya istinadla xəbər verir ki, mətbuat konfransı zamanı Putinə Fransa qoşunlarının Ukraynaya daxil olmasının müharibənin başlanması demək olub-olmayacağı ilə bağlı sual verilib.

"Mən Fransa prezidenti deyiləm, qərarlar qəbul etmirəm… Əvvəlcə sualınıza cavab alacaqsınız: orada qoşun olacaq, yoxsa yox. Sonra bu addımın nəticələrini nəzərdən keçirəcəyik”, – deyə Putin cavab verib.

Fransa prezidenti Emmanuel Makron dəfələrlə ölkəsinin qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyündən danışıb. Lakin o, bunun lazım olmayacağına ümid edir.

Fransa liderinin sözlərini şərh edən Kreml bildirib ki, Avropa ölkələrinin başçıları Kiyevin və onun rejiminin tezliklə dağılacağından xəbərdar olduqları üçün qəsdən gərginliyi artırırlar.

Oxunub: 180



XƏBƏR LENTİ