Valyuta məzənnəsi

Çində yeni virus - ŞOK XƏBƏR

Tarix:25-03-2020, 02:15


Çində yeni virus - ŞOK XƏBƏR



Dünya koronavirusla (COVID-19) mübarizə apardığı bir dönəmdə hantavirusla bağlı məlumatlar mediada yer almağa başladı.

YeniAN.info xəbər verir ki, Çinin Yunnan əyalətinə işləməyə gedən şəxsin Şandoğa evinə dönən zaman avtobusda vəfat edərkən, aparılan test nəticəsində onun hantavirus daşıyıcısı olduğu bildirilir.

RNT virusu olan hantavirus adını ilk təcrid olunduğu Cənubi Koreyadakı Hantaan çayından alır. Krım-Konqo hemorragik temperatur virusunda olduğu kimi, müalicəsi olmayan hantavirus da hemorragik atəş ilə özünü büruzə verir. Xəstəliyin simptomları 1-8 həftə ərzində yaşana bilir.

Hantviruslar insanlara Şimali və Cənubi Amerikadakı gəmiricilərdən keçə bilər. Koronavirusdan fərqli olaraq hantavirus insandan-insana keçmir. İnsana yoluxma prosesi siçanların və bəzi gəmiricilərin ifrazının inhalyasiyası vasitəsilə reallaşır.

Yorğunluq, qızdırma, əzələ kütləsində ağrı və qanaxma kimi simptomlar verən hantavirus hipertəzyiq, ağciyər şişi, böyrək çatışmazlığı kimi fəsadlara da yol açaraq ölümcül nəticələrə səbəb ola bilər.

İlkin mərhələ güclü öskürək, nəfəs çatışmazlığı, habelə güclü yuxu ilə müşahidə olunur. Bundan əlavə, baş ağrısı, başgicəllənmə, qarın ağrısı, ishal və ürək bulanması da bu virusun əlamətləri sırasındadır.

1996-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı bu virusa yaxalananların yarısının öldüyünü xəbər edib. Bu gün də vəziyyət o qədər düzəlməyib. Xəstələnənlər arasında ölüm riski 36%-dir.

Qeyd edək ki, ötən il Argentinada hantavirusa 26 yoluxma faktı qeydə alınmış, onlardan 9-u həyatla vidalaşmışdı.


YeniAN.info

Oxunub: 216



XƏBƏR LENTİ