Valyuta məzənnəsi

40 yeni koronavirusa yoluxma faktı qeydə alınıb - AZƏRBAYCANDA

Tarix:12-04-2020, 21:22


40 yeni koronavirusa yoluxma faktı qeydə alınıb - AZƏRBAYCANDA



Azərbaycan Respublikasında 40 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 50 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


YeniAN.info-nun Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən verdiyi məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 250 nəfər müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 37 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 66.677 test aparılıb.




YeniAN.info

Oxunub: 184



XƏBƏR LENTİ