Valyuta məzənnəsi

65 yeni koronavirusa yoluxma, 1 ölüm faktı qeydə alınıb - AZƏRBAYCANDA

Tarix:10-04-2020, 23:03


65 yeni koronavirusa yoluxma, 1 ölüm faktı qeydə alınıb - AZƏRBAYCANDA




Azərbaycan Respublikasında 65 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, bir nəfər vəfat edib, 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YeniAN.info-nun Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən verdiyi məlumata görə, koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxmış 1960-cı il təvəllüdlü, ağ ciyər ödəmi və tənəffüs çatışmazlığı olan vətəndaşın səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib.

Hazırkı dövrədək ölkəmizdə 991 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 159 nəfəri müalicə olunaraq sağalmış, 10 nəfər vəfat etmiş, 822 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 26 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 61342 test aparılıb.


65 yeni koronavirusa yoluxma, 1 ölüm faktı qeydə alınıb - AZƏRBAYCANDA





YeniAN.info

Oxunub: 307



XƏBƏR LENTİ