Valyuta məzənnəsi

49 yeni koronavirusa yoluxma, 1 ölüm faktı qeydə alınıb - AZƏRBAYCANDA

Tarix:14-04-2020, 22:14

49 yeni koronavirusa yoluxma, 1 ölüm faktı qeydə alınıb - AZƏRBAYCANDA







Azərbaycan Respublikasında 49 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 62 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb, şəkərli diabet və ürəyin işemik xəstəliyi olan 1933-cü il təvəllüdlü vətəndaş vəfat edib.

YeniAN.info-nun Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən verdiyi məlumata görə, hazırkı dövrədək ölkəmizdə 1197 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 351 nəfəri müalicə olunaraq sağalıb, 13 nəfər vəfat edib, 833 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 28 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.



49 yeni koronavirusa yoluxma, 1 ölüm faktı qeydə alınıb - AZƏRBAYCANDA



YeniAN.info

Oxunub: 249



XƏBƏR LENTİ