Valyuta məzənnəsi

25 yeni yoluxma, daha bir ölüm faktı qeydə alınıb

Tarix:19-04-2020, 23:53


 25 yeni yoluxma, daha bir ölüm faktı qeydə alınıb



Azərbaycan Respublikasında 25 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 122 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb, ürəyin işemik xəstəliyi, arterial hipertenziya, postinfarkt kardiosklerozu olan 1940-cı il təvəllüdlü vətəndaş vəfat edib.

YeniAN.info Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən xəbər verir ki, hazırkı dövrədək ölkəmizdə 1398 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 712 nəfər müalicə olunaraq sağalıb, 19 nəfər vəfat edib, 667 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 19 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 95.747 test aparılmışdır.



YeniAN.info

Oxunub: 227



XƏBƏR LENTİ