Valyuta məzənnəsi

Kadr islahatları haradan başlanmalıdır?

Tarix:21-04-2020, 13:51


Kadr islahatları haradan başlanmalıdır?


Kadr islahatları haradan başlanmalıdır?

Hər bir dövlət davamlı islahatların nəticəsində varlığını qoruyub saxlaya bilir. İslahatları vaxtında həyata keçirə bilməyən dövlət (istənilən rejimdə) və ya dövlət başçısı ya kürsüsünü itirir, ya da həmin dövlətin varlığının sonunu yaxınlaşdırır. Belə dövlətin sonu xalqın qiyamı ilə bitir. Bəzən dövlətin varlığına son qoyulur, bəzən də dövlət başçısının devrilməsinə gətirib çıxarır.
Onu da qeyd edim ki, bu siyasi bir nəzəriyyədir. Mən nə İbn-Xaldunun, nə də Nikol Makvellinin nəzəri fikirlərini bu yazımda qeyd etmək istəmirəm. Amma bu qəbul edilmiş bir nəzəriyyədir. İslahatlar aparılmayan dövlətin sonu hər zaman xaosla, inqilabla bitir. Məsələn, Suriya, İraq və Liviya dövləti və s. Bu dövlətlərdə islahat və dövlətin strategiyası həyata keçirilmirdi. Sonda da dövlət və hakimiyyət xaosla üzləşdi.
Əlavə olaraq bildirim ki, islahatlar hər bir sahəni əhatə etməlidir. Sosial, siyasi, iqtisadi və s.
Bəzi liderlər islahatlar həyata keçirərkən bir çox sahələri unudurlar. Bu da gələcəkdə baş verə biləcək problemlərə yol açır.
Bu gün dövlətimizdə bir çox sahələrdə islahatlar həyata keçirilir. Bu, təbii bir haldır. Eyni zamanda siyasi müstəvidə atılan bir addımdır. Təbii ki, cənab Prezidentimiz İlham Əliyev bu yönümdə düzgün mövqedədir. Bu cür islahatların hər sahədə aparılması düzgün addım olardı. Hətta mən hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının (YAP) sıralarında da islahatlar aparılmalıdır. Ziyalı, savadlı şəxslər irəli çəkilməlidir.
Amma bəzən görürük ki, bu ilki (09.02.2020) Parlament seçkilərində iştirak edən YAP fəalları partiyadan uzaqlaşdırıldı. Bu düzgün siyasi addım deyil, çünki həmin addım partiyada elektoratın parçalanmasına gətirib çıxartdı. 300-ə yaxın partiya üzvünün partiyadan kənarlaşdırılması Prezidentimizin islahatlarına bir zərbədir. Belə hal gələcəkdə narazı düşən kütlələrin çoxalmasına xidmət edir. Bu da gələcəkdə xaosun baş verməsinə bir göstəricidir.
Əslində kadr islahatları icraedici orqanla yanaşı hakim partiyada da getməlidir.
Həmin şəxslər ki, YAP-dan qanunsuz uzaqlaşdırılmasına baxmayaraq, onlar yenidən partiya sıralarına qaytarılmalıdır. Çünki bu şəxslərin bir neçəsini tanıyıram. Bu şəxslər seçilmişlərdəndir. Bu şəxslərin içində siyasi elmlər namizədi, dosent və savadlı ziyalılar var. Onların YAP sıralarından xaric edilməsi cənab Prezidentimizin apardığı islahatlara bir zərbədir.

Ramazan Bağırov,
politoloq

(Ardı var)

Oxunub: 758



XƏBƏR LENTİ