"BBC"nin əməkdaşı Göktay Koraltan İnstaqram və tvitter səhifəsində Ermənistanın hədəf aldığı Tərtər sakinləri ilə bağlı paylaşım edib.
YeniAN.info xəbər verir ki, orada yaşayan ailələrin şəklini yayımlayan operator bölgənin ermənilər tərəfindən atəşə tutulmasına baxmayaraq sakinlərin evlərini tərk etmək istəmədiyini bildirib.
"62 yaşlı Aybəniz Cəfərova və 6 aylıq nəvəsi Farizlə atəşkəsdən əvvəl Azərbaycanın cəbhə bölgəsində yerləşən Tərtər şəhərində tanış olduq. Yaşadıqları yerin atəşə tutulmasına baxmayaraq, getmək istəmirlər. O, "Biz Dağlıq Qarabağdakı qələbəni gözləyirik" dedi" deyə, Göktay paylaşımında yazıb. /Obyektivxeber.info
YeniAN.info