Valyuta məzənnəsi

"Yeni Azərbaycan naminə” qəzetinin və “YeniAN.info” saytının əməkdaşları Füzulidə əsgərlərimizi ziyarət edib

Tarix:23-11-2020, 02:17

"Yeni Azərbaycan naminə” qəzetinin və “YeniAN.info” saytının əməkdaşları Füzulidə əsgərlərimizi ziyarət edib


“Yeni Azərbaycan naminə” qəzetinin və “YeniAN.info” saytının təşkilatçılığı ilə əməkdaşlarımız noyabrın 22-də Füzuli rayonunun Əhmədbəyli kəndində N saylı hərbi hissədə şanlı ordumuzun əsgərlərini ziyarət edib.

Əməkdaşlarımız əsgərlərə bir cox zəruri ləvazimatlar və ərzaq məhsulları aparıblar. Əsgərimizlə baş tutan görüşdə “Yeni Azərbaycan naminə” qəzetinin və “YeniAN.info” saytının baş redaktoru Ramazan Bağırov ürək sözlərini və öz minnətdarlığını əsgərlərimizə çatdırıb. Baş redaktor qeyd edib ki, əsgərlərimiz xalqımızın dəstəyini və hər zaman onların yanında olduğunu heç vaxt unutmasınlar: “Onu da qeyd edim ki, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli addımları nəticəsində və eyni zamanda Azərbaycan ordusunun möhtəşəmliklə apardığı hərbi əməliyyatlar sahəsində torpaqlarımız işğaldan azad edilib. Biz fəxr edirik ki, Azərbaycan ordusunun əsgərləri bütün əziyyətlərə dözərək, ölümü gözə alaraq, işğal olunmuş torpaqlarımızın azadlığı üçün son qanına qədər döyüşüb. Yüksək patriotluq göstərən Azərbaycan əsgəri erməni separatçılarını məhv edərək, it kimi torpaqlarımızdan qovdu. Təbii ki, müharibə heç vaxt itkisiz olmur. Vətən uğrunda, torpaq uğrunda gedən bu savaşda yaralanan əsgərlərimiz də, şəhidlərimiz də oldu. Biz onlarla qürur duyuruq.”
Allahdan yaralı əsgərlərimizə şəfalar arzulayırıq.
Şəhidlərimizə isə rəhmət diləyirik.
Şəhidlər ölməz,Vətən bölünməz!
Azərbaycan Qarabağdır!




"Yeni Azərbaycan naminə” qəzetinin və “YeniAN.info” saytının əməkdaşları Füzulidə əsgərlərimizi ziyarət edib
"Yeni Azərbaycan naminə” qəzetinin və “YeniAN.info” saytının əməkdaşları Füzulidə əsgərlərimizi ziyarət edib
"Yeni Azərbaycan naminə” qəzetinin və “YeniAN.info” saytının əməkdaşları Füzulidə əsgərlərimizi ziyarət edib
"Yeni Azərbaycan naminə” qəzetinin və “YeniAN.info” saytının əməkdaşları Füzulidə əsgərlərimizi ziyarət edib
"Yeni Azərbaycan naminə” qəzetinin və “YeniAN.info” saytının əməkdaşları Füzulidə əsgərlərimizi ziyarət edib

SEVIL

Oxunub: 294



XƏBƏR LENTİ