Valyuta məzənnəsi

“Xüsusi nümayəndələr ərazi ilə bağlı fəaliyyət göstərir… Əhali ilə bağlı fəaliyyət isə yerli icra orqanlarının səlahiyyətindədir…”-BİRİNCİ VİTSE-SPİKER

Tarix:12-02-2021, 19:54

“Xüsusi nümayəndələr ərazi ilə bağlı fəaliyyət göstərir… Əhali ilə bağlı fəaliyyət isə yerli icra orqanlarının səlahiyyətindədir…”-BİRİNCİ VİTSE-SPİKER

Milli Məclisin (MM) plenar iclasında “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirə olunur.

Etikxeber.az-ın xəbərinə istinadən YeniAN.info bildirir ki, layihə barədə MM sədrinin birinci müavini Əli Hüseynli məlumat verib.

“19 yanvar tarixli fərmanla prezidentin xüsusi nümayəndələri təsis olundu, qısa zamanda bunun əsasnaməsi təsdiq edildi”-deyən Birinci vitse-spiker bildirib ki, xüsusi nümayəndəliyin əməkdaşları Prezident Administrasiyasının əməkdaşlarıdır:

“Bu status onların dövlət qulluqçusu olması statusu ilə eynilik təşkil edir. Buna görə də “Dövlət qulluğu haqqında” qanuna da bu dəyişiklik təklif edilir. Bu institut hələ ki, sadəcə işğaldan azad edilmiş yerlərdə yaradılır. Bu, özünü doğruldarsa, ola bilsin ki, gələcəkdə Azərbaycanın digər ərazilərində də xüsusi nümayəndəlik institutu işləyə bilər”.

Deputat Sabir Rüstəmxanlı isə xüsusi nümayəndəlik institutu ilə icra nümayəndələri arasında tənzimləmənin necə olacağı ilə maraqlanıb.

“Xüsusi nümayəndələr ərazi ilə bağlı fəaliyyət göstərir… Əhali ilə bağlı fəaliyyət isə yerli icra orqanlarının səlahiyyətindədir…”-BİRİNCİ VİTSE-SPİKER

Deputat Məlahət İbrahimqızı da dövlət qulluğuna qəbul imtahanının 2 mərhələdə keçirildiyini xatırladıb:

“44 gündə neçə-neçə oğullarımız Vətən Müharibəsində iştirak etdi. Təklif edirəm ki, dövlət qulluğunun 1-ci mərhələsində iştirak edən, lakin ikinci mərhələyə gecikən qazi və əsgərlərimizə güzəşt edilsin”.


Əli Hüseynli S. Rüstəmxanlının sualına cavabında bildirib ki, bu institut sadəcə işğaldan azad edilmiş ərazilərdə yaradılır:

“Xüsusi nümayəndələr ərazi ilə bağlı fəaliyyət göstərir. Əhali ilə bağlı fəaliyyət isə yerli icra orqanlarının səlahiyyətindədir. “Xüsusi nümayəndələr haqqında Əsasnamə” ilə “Yerli icra orqanları haqqında Əsasnamə” ciddi şəkildə araşdırılıb. Yeni yaradılan idarəetmə üsulu özünü doğrultsa və effektiv olsa, digər ərazilərdə də tətbiq olunacaq. Amma hələlik hər hansı vəzifənin üst-üstə düşməsi mümkün deyil”.

Ə. Hüseynli M. İbrahimqızının təklifinə də münasibət bildirib:

“Hər bir dövlət orqanı Vətən Müharibəsində iştirak edən şəxslərin işə qəbulunda maraqlıdır. Bunun üçün hər hansı güzəştə ehtiyac yoxdur”.

11:59

***


“Xüsusi nümayəndələr institutu idarəetmədə çevikliyin təmin olunması üçün yaradılır”.

Bunu çıxışında MM-in komitə sədrinin müavini Qüdrət Həsənquliyev deyib.

O, bildirib ki, Prezident tərəfindən təyin edilən adamlar xalqa hesabat vermirlər, onlar Prezidentə hesabat verirlər:

“Amma buna görə seçkili orqan olan bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Buna getməsək, ciddi inkişafa nail ola bilmərik. Dünya təcrübəsi var. O təcrübələr göstərir ki, yerli hakimiyyətləri xalq formalaşdırmalıdır. Gələcəkdə icra hakimiyyətləri ləğv olunmalıdır. Onların bütün səlahiyyətləri bələdiyyələrə verilməlidir”.

“Xüsusi nümayəndələr ərazi ilə bağlı fəaliyyət göstərir… Əhali ilə bağlı fəaliyyət isə yerli icra orqanlarının səlahiyyətindədir…”-BİRİNCİ VİTSE-SPİKER

12.03

***

MM-in Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa isə xüsusi nümayəndələrin kimliyi məsələsinə toxunub.

Qeyd edib ki, xüsusi nümayəndələr təcrübəli, xarizmatik insanlar olmalıdır.

Onun sözlərinə görə, bu vəzifədə çalışan şəxslər təsadüfi insanlar ola bilməzlər.

“Nisbətən gözdən düşmüş icra hakimiyyəti institutunu bütün bölgələrdə prezidentin xüsusi nümayəndəliyi institutu ilə əvəz etməliyik”-deyən deputat bildirib ki, icra hakimiyyəti orqanları həm səlahiyyət sahibidir, həm də heç bir səlahiyyət sahibi deyil:

“Ona görə də bu məsələ nəzərə alınmalıdır. Xüsusi nümayəndəlik institutunda bir nümayəndədən və onun aparatından söhbət getməlidir. Toqquşan səlahiyyətlər məsələsi də var. Həmin yerlərdə müvafiq icra hakimiyyəti orqanları ləğv olunmalıdır. İkincisi, bu bölgələrdə “Smart şəhər”, “Smart kənd” layihələrindən əvvəl “Smart insan” layihəsini həyata keçirməliyik. Bu ərazilərə xarizmatik insanları təyin etməliyik. Kadr bankının yaranmasına ehtiyac var. Qarabağa könüllü insanları göndərməliyik. Şıxlar kəndindən 150 ailə Qarabağın bir kəndində yerləşməyə hazır olduğunu bəyan etdi. Biz istiqaməti bu cür qurmalıyıq. Polisin, sərhəd qoşunlarımızın əməkdaşları ən ağır, çətin şərtlərdə fəaliyyət göstərirlər. Biz xüsusi nümayəndəliyin də işini elə qurmalıyıq ki, orada yerlərdə olan qurumlarla anlaşmazlıq yaratmasın”.

“Xüsusi nümayəndələr ərazi ilə bağlı fəaliyyət göstərir… Əhali ilə bağlı fəaliyyət isə yerli icra orqanlarının səlahiyyətindədir…”-BİRİNCİ VİTSE-SPİKER

12:08

***


“Dünya gələcəkdə Azərbaycanın bu təcrübəsini-xüsusi nümayəndələrlə bağlı təcrübəsini də öyrənəcək”.

Bunu çıxışında digər millət vəkili Aydın Mirzəzadə deyib.

O, eyni zamanda, xüsusi nümayəndəliklərlə icra hakimiyyətləri arasında paralellik axtarılmasına, aparılmasına etirazını ifadə edib.

Qeyd edib ki, burada paralellikdən söhbət gedə bilməz.

“Bu, adından da göründüyü kimi, xüsusi nümayəndəlik, xüsusi nümayəndədir. Bu, çox müsbət və əhəmiyyətli bir məsələdir. İnanıram ki, gələcəkdə bu təcrübəmiz də dünya tərəfindən öyrəniləcək”-deyə, o, əlavə edib.

“Xüsusi nümayəndələr ərazi ilə bağlı fəaliyyət göstərir… Əhali ilə bağlı fəaliyyət isə yerli icra orqanlarının səlahiyyətindədir…”-BİRİNCİ VİTSE-SPİKER

Müzakirələrin sonunda qanun layihəsi bir oxunuşda qəbul olunub.

YeniAN.info

Oxunub: 166



XƏBƏR LENTİ