Valyuta məzənnəsi

Bu ay MM-in yaz sessiyası-BAŞA ÇATACAQ VƏ…

Tarix:2-05-2021, 13:00

Bu ay MM-in yaz sessiyası-BAŞA ÇATACAQ VƏ…

Bu ay, mayın son günlərində 6-cı çağırış Milli Məclisin (MM) ikinci yaz sessiyası başa çatacaq.

YeniAN.az Etikxeber.az-a istinadən xəbər verir ki, MM-in Daxili Nizamnaməsinə və reqlamentinə əsasən, hər il may ayının son günlərində parlamentin yaz sessiyası öz işini başa vurmalıdır.

Qeyd edək ki, may ayının ilk iclası ayın 4-də keçiriləcək.

Eyni zamanda, MM-in bu ay ərzində ən azı 3 və ya 4 iclasının keçirilməsi gözlənilir.

Yaz sessiyasından sonra ənənəvi olaraq, millət vəkillərinin təşəbbüsü ilə MM-in növbədənkənar sessiyası çağırılacaq.

Bu ay MM-in yaz sessiyası-BAŞA ÇATACAQ VƏ…

Növbədənkənar sessiya isə iyun ayında (bir neçə iclasla) baş tutacaq.

Bundan sonra (iyulun 15-dən) millət vəkilləri yay tətilinə yollanacaqlar.

Yaz sessiyasının sonuncu iclaslarından birində və ya növbədənkənar sessiyada 2021-ci ilin büdcəsinə dəyişikliklər məsələsi də müzakirəyə çıxara bilər.

YeniAN.az

Oxunub: 209



XƏBƏR LENTİ