Valyuta məzənnəsi

Ankara Heydər Əliyev adına məktəbin direktoru: “Şagirdlərimiz Azərbaycan-Türkiyə qardaşlığında önəmli xidmətləri olan lider Heydər Əliyevin adına layiq təlim-tərbiyə alır”

Tarix:12-05-2022, 11:30

 Ankara Heydər Əliyev adına məktəbin direktoru: “Şagirdlərimiz Azərbaycan-Türkiyə qardaşlığında önəmli xidmətləri olan lider Heydər Əliyevin adına layiq təlim-tərbiyə alır”

Bu gün Ankarada Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin adını daşıyan məktəbdə ulu öndərin doğumunun 99-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

YeniAN.az “Yeni Azərbaycan”a istinadən xəbər verir ki, Azərbaycanın Türkiyədəki Səfriliyinin təhsil müşaviri Nəcibə Nəsibova da başda olmaqla səfriliyin bir qrup əməkdaşının iştirakı ilə keçirilən tədbirdə Heydər Əliyevin anadan olması şərəfinə şagirdlər arasında keçirilən şer, rəsm və inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Mükafatlandırma mərasimində Nəcibə Nəsibova, məktəbin direktoru Oktay Kabasakal, Türkiyənin Təhsil Nazirliyinin Yenimahalle rayon çöbəsinin müdiri Kadir Güneş iştirak edib.

Tədbirdə Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında məlumat verilib, Ulu Öndərin xatirəsinə şerlər və mahnılar səsləndirilib.
Məktəbin foyesində Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) təşkilatçılığı ilə hazırlanmış Heydər Əliyevin həyatını, fəaliyyətini və Azərbaycan-Türkiyə qardaşlığının əks etdirən fotosərgi nümayiş etdirilib.

Məktəbin direktoru Oktay Kabasakal “Yeni Azərbaycan”a açıqlamasında təhsil müəssisəsinin fəaliyyəti haqqında məlumat verib.
Bildirib ki, 17 sinif sayı ilə əsası 1987-ci ildə ibtidai məktəb olaraq qoyulan bu təhsil müəssisəsi 2003-2004 tədris ilində 27 siniflə genişləndirilmiş fəaliyyətə başlayıb.

17 yanvar 2006-cı ildə Ankara Valiliyi ilə Azərbaycanın Türkiyədəki Səfriliyi arasında bağlanan sazişə uyğun olaraq “Qardaş Məktəb Layihəsi” çərçivəsində bu müəssisənin adı dəyişdirilərək “Heydər Əliyev ibtidai məktəbi” adlandırılıb.

6 noyabr 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Ankara şəhər Təhsil İdarəsinin rəhbəri Kamil Aydoğanla birgə bu təhsil ocağına gələrək məktəbin fəaliyyətilə yaxından maraqlanıb.

2011-2012-ci tədris ilinin sonunda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR-Türkiye) şirkəti ilə Ankara şəhər Təhsil İdarəsi arasında bağlanan müqavilə əsasında məktəbdə əsaslı, zəlzələyə davamlı təmir-tikinti işləri aparılıb, sinif otaqlarının sayı 27-dən 37-yə çatdırılıb.
2012/2013 tədris ilindən isə bu təhsil müəssisəsi V-VIII sinifləri əhatə edərək daha da genişləndirlib və “Heydər Əliyev adına orta məktəb” adını alıb.

Hazırda bu məktəbdə 770 şagirdin təhsil aldığını bildirən O.Kabasakal şagirdlərin təhsil və idman sahəsi üzrə göstəricilərinin yüksək olduğunu bildirib: “Məktəbimizin qız voleybol komandası keçən il Ankara üzrə yarışlarda 4-cü yeri, oğlanlardan ibarət voleybol komandamız isə 5-ci yeri tutdular. TÜBİTAK hər il məktəbdə əyləncəli elm və tədris yarışları keçirir, bu tədirlərdə fəal şagirdlərimiz yüksək göstəricilər nümayiş etdirirlər. Hər həftə bir saat məktəbimizdə kitab oxuma yarışları da təşkil edirik. Bundan başqa həftədə bir dəfə siniflərin təmizliyinə görə “təmiz sinif” müəyyənləşdiririk və o sinifin şagirdlərinə məktəbimiz tətilə bağlanan zaman pulsuz muzey gəzintiləri təşkil edirik.

Şagirdlərimizin “İki dövlət, bir millət” şüarının müəllifi olan, Azərbaycan-Türkiyə qardaşlığında önəmli xidmətləri olan lider Heydər Əliyevin adına layiq təlim-tərbiyə almasına çalışırıq”.

Qeyd edək ki, Türkiyənin İzmir, Adana, Qars vilayətlərində Heydər Əliyevin adını daşıyan peşə məktəbi və İğdırda bir dəqiq fənlər litseyi də fəaliyyət göstərir.

 Ankara Heydər Əliyev adına məktəbin direktoru: “Şagirdlərimiz Azərbaycan-Türkiyə qardaşlığında önəmli xidmətləri olan lider Heydər Əliyevin adına layiq təlim-tərbiyə alır”
 Ankara Heydər Əliyev adına məktəbin direktoru: “Şagirdlərimiz Azərbaycan-Türkiyə qardaşlığında önəmli xidmətləri olan lider Heydər Əliyevin adına layiq təlim-tərbiyə alır”
 Ankara Heydər Əliyev adına məktəbin direktoru: “Şagirdlərimiz Azərbaycan-Türkiyə qardaşlığında önəmli xidmətləri olan lider Heydər Əliyevin adına layiq təlim-tərbiyə alır”
 Ankara Heydər Əliyev adına məktəbin direktoru: “Şagirdlərimiz Azərbaycan-Türkiyə qardaşlığında önəmli xidmətləri olan lider Heydər Əliyevin adına layiq təlim-tərbiyə alır”
 Ankara Heydər Əliyev adına məktəbin direktoru: “Şagirdlərimiz Azərbaycan-Türkiyə qardaşlığında önəmli xidmətləri olan lider Heydər Əliyevin adına layiq təlim-tərbiyə alır”
 Ankara Heydər Əliyev adına məktəbin direktoru: “Şagirdlərimiz Azərbaycan-Türkiyə qardaşlığında önəmli xidmətləri olan lider Heydər Əliyevin adına layiq təlim-tərbiyə alır”
 Ankara Heydər Əliyev adına məktəbin direktoru: “Şagirdlərimiz Azərbaycan-Türkiyə qardaşlığında önəmli xidmətləri olan lider Heydər Əliyevin adına layiq təlim-tərbiyə alır”

YeniAN.az

Oxunub: 142



XƏBƏR LENTİ