Valyuta məzənnəsi

Türkiyədəki səfriliyimiz qazilərilə görüş keçirib

Tarix:20-05-2022, 17:30

 Türkiyədəki səfriliyimiz qazilərilə görüş keçirib

Azərbaycanın Türkiyədəki səfirliyində Türkiyənin Müharibə qaziləri dərnəyinin dəvəti və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyəyə səfər etmiş qazilərimizlə görüş keçirilib.

YeniAN.az-a səfrilikdən verilən məlumata görə, diplomatların, səfirlik nəzdindəki Hərbi attaşelik aparatının əməkdaşlarının, eləcə də Türkiyə Müharibə Qaziləri Dərnəyinin və Təqaüddə olan Gizirlər Dərnəyinin nümayəndələrinin də iştirak etdiyi görüşdə səfir Rəşad Məmmədov qaziləri salamlayaraq, onların 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığın hər bir Azərbaycan gənci üçün örnək təşkil etdiyini bildirib.

Səfir R.Məmmədov Azərbaycan dövlətinin qazilərə göstərdiyi yüksək diqqətdən danışaraq, bir çox qazimizin məhz qardaş Türkiyədə müalicə aldığını və reabilitasiya keçdiyini qeyd etmiş, türk həkimlərinin onlara xüsusi qayğısını vurğulayıb.

R.Məmmədov türkiyəli qazilərin azərbaycanlı qardaşlarına mənəvi və psixoloji dəstəyinin mühüm önəmini də qeyd edib.

Səmimi şəraitdə keçən görüşdə qazilər də öz fikirlərini ifadə edib, onlara göstərilən qayğı və diqqətə görə razılıqlarını bildirib və müvafiq təkliflərini səsləndiriblər.

 Türkiyədəki səfriliyimiz qazilərilə görüş keçirib
 Türkiyədəki səfriliyimiz qazilərilə görüş keçirib
 Türkiyədəki səfriliyimiz qazilərilə görüş keçirib

YeniAN.az

Oxunub: 143



XƏBƏR LENTİ