Valyuta məzənnəsi

Səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə səfəri davam edir

Tarix:17-05-2022, 20:30

Səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə səfəri davam edir

Azərbaycanın səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə rəsmi səfərdədir.

Bu gün Ankarada yerləşən Şuşa Konfrans Zalında Azərbaycanın Türkiyədəki səfirliyinin və Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Həkimlər Dərnəyinin birgə təşkilatçılığı ilə səhiyyə naziri Teymur Musayevin Türkiyədə çalışan və ya təhsilini davam etdirməkdə olan azərbaycanlı həkimlərlə görüşü keçirilib.

YeniAN.az-ın Azərbaycanın Türkiyədəki səfirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə səfir Rəşad Məmmədov açılış çıxışı edərək, Türkiyədəki azərbaycanlı həkimlərin istər 44 günlük Vətən müharibəsində, istərsə də pandemiya dövründə fədakarlığını qeyd edib, bu görüşün xüsusi əhəmiyyətini vurğulayıb.

Səhiyyə naziri Teymur Musayev ölkəmizdə səhiyyə sahəsinə ayrılan xüsusi diqqətdən danışıb, son illərdə ölkədə səhiyyə sahəsində aparılan islahatlar barədə məlumat verib.

Azərbaycanlı Həkimlər Dərnəyinin rəhbəri Fərid Qasımzadə çıxış edərək, dərnəyin yaranması və fəaliyyətləri barədə geniş məlumat verib.

Sonda görüşün sual-cavab hissəsində azərbaycanlı həkimlər belə bir əhəmiyyətli görüşün təskilinə görə təşəkkürlərini ifadə edərək, səhiyyə nazirinə fəaliyyət prosesində rastlaşdıqları problemlər barədə məlumat veriblər və müxtəlif təkliflər irəli sürüblər.

Qeyd edək ki, səfər çərçivəsində nazir və rəhbərliyindəki Azərbaycan nümayəndə heyəti Ankaradakı Heydər Əliyev parkına gedərək Ulu Öndəriin abidəsi önünə Səhiyyə Nazirliyi adından əklil qoyub, Ümumilli liderin xatirəsi dərin ehtiramla anılıb.

Bundan başqa səfir Rəşad Məmmədovun müşayiətilə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca ilə Teymur Musayevin rəhbərik etdiyi nümayəndə heyətinin görüşü olub, Azərbaycan və Türkiyə səhiyyəsinin əməkdaşlıq imkanları və birgə layihələr müzakirə edilib.

Bu gün həmçinin Ankara Universitetində də səfərdə olan heyət universitetin rektoru Necdet Ünivarla da görüşüb.

Səfər çərçivəsinə Türkiyədə müalicə olunan Qarabağ qazilərilə görüş və səhiyyə təsisatları ilə tanışlıq da nəzərdə tutulur.

Səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə səfəri davam edir
Səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə səfəri davam edir
Səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə səfəri davam edir
Səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə səfəri davam edir
Səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə səfəri davam edir
Səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə səfəri davam edir
Səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə səfəri davam edir
Səhiyyə naziri Teymur Musayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə səfəri davam edir

YeniAN.az

Oxunub: 121



XƏBƏR LENTİ