Valyuta məzənnəsi

Ankarada Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirlər təşkil olundu

Tarix:12-12-2022, 21:36

Ankarada dekabrın 12-də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirlər təşkil olunub.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Səfirlik kollektivi, Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Yeni Azərbaycan Partiyasından Milli Məclisin deputatı Hikmət Babaoğlu, Ədalət və İnkişaf Partiyasının (Ak Parti) beynəlxalq əlaqələr departamentinin sədr müavini Mehmet Ceylan,SOCAR Türkiyə Enerji Şirkəti və TANAP əməkdaşları, hərbi qulluqçular, kursantlar, yerli ictimaiyyətin nümayəndələri və digər rəsmi şəxslər Ankaradakı Heydər Əliyev Parkında Ümummilli Liderimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq Ulu Öndərin abidəsi önünə əklillər qoymuş və tər çiçəklər düzmüşlər.

Anım mərasiminin davamı olaraq Ankaradakı Azərbaycan Evinin Şuşa Konqres Mərkəzində Azərbaycanın Türkiyədəki Səfirliyi, Ədalət və İnkişaf Partiyası, Yeni Azərbaycan Partiyası, eləcə də Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin birgə təşkilatçılığı ilə "Qardaşlıqdan müttəfiqliyə gedən yolda Heydər Əliyevin "Bir millət, iki dövlət!” fəlsəfəsinin rolu” mövzusunda simpozium keçirilib.

Tədbir Ulu Öndərin Azərbaycanın rifahına həsr olunmuş mənalı həyatını əks etdirən filmin nümayişi ilə başlayıb.

Sonra Ümummilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan və Türkiyənin Dövlət himnlərinin oxunmasından sonra tədbir iştirakçıları çıxışlar ediblər.

Simpoziumun açılışını edən Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə Azərbaycan xalqının mənafeyi naminə həyata keçirdiyi faəliyyəti vurğulamış, onun həyatının xalqına həsr olunduğunu qeyd etmişdir.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov gələn ilin Azərbaycan Respublikasını Prezidenti İlham Əliyevin sərəncamı ilə Heydər Əliye ili elan olunduğunu və gələn il bu çərçivədə çoxsaylı tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb. Səfir bildirib ki, ümumxalq sevgisi qazanmış Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov müstəqil Azərbaycan dövlətinin qurucusu olan Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qazanmasından sonra həyata keçirdiyi xilaskarlıq missiyasından danışıbvə Ulu öndərin yalnız Azərbaycanın deyil, türk dünyasının nəhəng siyasi şəxsiyyəti olduğunu qeyd edib.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Ümummilli liderlə bağlı xoş xatirələrini bölüşüb və onun türk dövlətlərinin vahid platformada birləşməsində müstəsna rolunu qeyd edib.

Ədalət və İnkişaf Partiyasının (Ak Parti) beynəlxalq əlaqələr departamentinin sədr müavini Mehmet Ceylan Ümummilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət!” prinsipi ilə səciyyələndirdiyi Azərbaycan-Türkiyə münasibətlərinin hazırda strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib.

Yeni Azərbaycan Partiyasından Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev olan xalq məhəbbətini onun tarixi xidmətlərinin nəticəsi olaraq dəyərləndirib.

Natiqlərin çıxışlarında Ümummilli lider Heydər Əliyevinxüsusi önəm verdiyi Azərbaycan-Türkiyə münasibtlərinin hazırda daha da inkişaf edərək qardaşlıq səviyyəsinə çatdığı, dünyada analoqunun olmadığı vurğulanıb.

Çıxışların sonunda Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş panel sessiyaları baş tutub.

Ankarada Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar digər bir tədbir paytaxtda Ulu öndərin adını daşıyan orta məktəbdə təşkil olunub. Azərbaycanın Türkiyədəki Səfirliyinin də iştirak etdiyi tədbirdə Ümummilli lider Heydər Əliyevə həsr olunmuş inşa, şeir və rəsm müsabiqələrinin qalibləri olan məktəb şagirdləri dinlənilib, onlara Səfirliyin hədiyyələri təqdim olunub.

Türkiyədə Ümummilli liderin anım günü tədbirləri davam edir.
 
Oxunub: 41



XƏBƏR LENTİ
İranda səfirliyimizə qarşı terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslər təltif edildilər SƏRƏNCAM
Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya başsağlığı verib
Türkiyə səfiri Azərbaycana təşəkkür edib
Mehriban Əliyeva Türkiyə xalqına başsağlığı verib
Vətəndaşların 150 min manatını mənimsəyən şəxslər həbs olundular
XİN: Tehrandakı terror hadisəsinin xronologiyası ilə bağlı qeyri-dəqiq şərhlərə yer verilib
Ayxan Hacızadə: İran polisi bu terror aktının qarşısını almayıb
Azərbaycan XİN: "İran polisinin müdaxilə etməməsi terror aktının əvvəlcədən planlaşdırıldığını ehtimal etməyə əsas verir"
İsrail Türkiyəyə yardım göndərəcək
İlham Əliyevdən TAPŞIRIQ: Azərbaycandan Türkiyəyə ikinci yardım təyyarəsi yola düşəcək - YENİLƏNİB
Türkiyədə zəlzələdə ölənlərin sayı 1014 nəfərə çatıb .
Türkiyəyə ilk yardım təklifi Azərbaycandan gəldi
Türkiyədə baş verən zəlzələnin Azərbaycana təsiri varmı?
Türkiyədə zəlzələ bölgələrində təbii qaz verilişi dayandırıldı
İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
Vətən üçün yaşanan ömür -Tural Hüseynov
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Sürücülərin nəzərinə: İcazə üçün 50 manatlıq rüsum tələb olunacaq