Valyuta məzənnəsi

Anası tərəfindən zibilliyə atılan 10-15 günlük körpənin vəziyyəti AÇIQLANDI

Tarix:19-07-2023, 14:17

Sabunçu rayonunda zibillikdən tapılan körpənin vəziyyəti açıqlanıb.

TƏBİB-dən verilən məlumata görə, körpənin müalicəsi 1 saylı Körpələr Evinin göndərişi əsasında TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.

"Hazırda körpənin vəziyyəti stabil olaraq qalır. Göbəyi hələ də düşməyib. Götürülən analizlərin cavabları müsbətdir. Əlavə analizlərin də götürülməsi nəzərdə tutulub”, - deyə qurumdan bildirilib.

Qeyd edək ki, Sabunçu rayonunda ötən gün 10-15 günlük körpə anası tərəfindən zibil qutusuna atılıb. Körpə Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən tapılıb və polis əməkdaşlarına təhvil verilib.

 

Mövzu ilə əlaqədar

Oxunub: 100



XƏBƏR LENTİ