"Azərbaycanın
iqtisadi, elmi, mədəni, intellektual potensialı ilə yanaşı, daxili işlər
orqanları sistemində də böyük potensial var. Qeyd edim ki, müstəqilliyi təmin
etmək üçün bir neçə dövlət atributu mövcüddur. Əgər onların biri ordudursa, digəri
müstəqil xarici siyasətdirsə, o birisi də Daxili İşlər Nazirliyi, polis
orqanlarıdır".
Bu fikirləri Müstəqil Azərbaycanın qurucusu, Dahi şəxsiyyət Ulu Öndər
Heydər Əliyev söyləmişdir. Hüquq-Mühafizə orqanları o cümlədən, Azərbaycan
polisi ölkəmizin əmin-amanlıqını, vətəndaşlarımızın təhlükəsizliyini, ictimai
asayişi qoruyan bir orqandır. Quruluşu məhz Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulan Polis orqanlarını artıq müstəqil Azərbaycanın ilk günlərindən vətəndaşları
cəzalandıran yox onları qoruyan, təhlükəsizliyini təmin edən orqana
çevrilmişdir. Bu gün Azərbaycan Polisi, Avropa polisinə nümunədir! Bu gün Azərbaycan
polisi ən çüasir təchizatla təmin edilmiş, yüksək qabiliyyətli, vətənpərvər,
Dövlətinə və Millətinə sadiq olan əməkdaşları ətrafında cəmləşdirmiş və bu şərəfli
peşəni layiqincə yerinə yetirirlər. Hər bir Azərbaycan Polisi öz xidmətini
böyük məsuliyyət və qürur hissi ilə icra edir. Azərbaycan dünya ölkələri
arasında ictimai təhlükəsizliyə görə ilk sıralarda yer alır. Bunun nəticəsidir
ki, bir çox mötəbər tədbirlərin, idman yarışlarının, beynəlxalq konfransların məkanı
olaraq bir çox ölkələr arasından məhz Azərbaycan seçilir. Hüquq mühafizə orqanları günümüzdə
özünəxas sistemi və struktur quruluşu ilə bir çox digər ölkələrin maraqını cəlb
etmiş və Azərbaycan Polisindən nümunələnərək praktika yığmışdır. Azərbaycan
Respublikasının prezidenti, Ali baş komandan cənab İlham Əliyev daim öz
çıxışlarında Hüquq mühafizə orqanlarının, Azərbaycan polisinin, Azərbaycan
ordusunun peşəkar fəaliyyətindən razılığını bildirmiş və yüksək qiymətləndirmişdir.
Yaşasın Müstəqil Azərbaycan, Yaşasın Müzəffər Ali Baş Komandan, Yaşasın Azərbaycan
Polisii!
İsmayıl Zalov
"Zalov İmza TV” ALYANS-ın rəhbəri, Beynəlxalq Hüquq Eksperti,İsrail Azərbaycan Şahdağ təşkilatının Azərbaycanüzrə rəsmi nümayəndəsi