Valyuta məzənnəsi

AZAL Heydər Əliyevin İtaliyaya səfəri haqqında filmin hazırlanmasına dəstək verib - FOTO

Tarix:5-10-2023, 14:49

AZAL Heydər Əliyevin İtaliyaya səfəri haqqında filmin hazırlanmasına dəstək verib - FOTO

Azərbaycanlı səyyah Azər Qərib Ümummilli lider Heydər Əliyevin 1997-ci ildə İtaliyaya rəsmi səfərinə həsr olunmuş "Bir səfərin izi ilə” filmininin təqdimatını keçirib. Təqdimat oktyabrın 4-də Nizami kinoteatrında baş tutub.

"Azərbaycan Hava Yolları" QSC-dən  YeniAN.az -a verilən məlumata görə, bu maraqlı layihə bizi Heydər Əliyevin ziyarət etdiyi İtaliyanın tarixi şəhərlərinə aparır və rəsmi səfərin qeyri-rəsmi tərəflərini göstərir. Səyahətçi ilə birlikdə tamaşaçı səfərin qeyri-adi anlarına nəzər salmaqla Roma, Neapol, Pompey və Kapri adasında heyrətamiz səyahətə çıxacaq.

Filmin ideya müəllifi, tanınmış jurnalist Azər Qərib Ümummilli liderin daha 4 səfəri barədə oxşar mövzuda maraqlı detalların film formatında lentə alınacağını da vurğulayıb.AZAL Heydər Əliyevin İtaliyaya səfəri haqqında filmin hazırlanmasına dəstək verib - FOTO AZAL Heydər Əliyevin İtaliyaya səfəri haqqında filmin hazırlanmasına dəstək verib - FOTO AZAL Heydər Əliyevin İtaliyaya səfəri haqqında filmin hazırlanmasına dəstək verib - FOTO

Bu layihə sosial missiyası mədəniyyətin inkişafına və ölkə irsinin qorunub saxlanmasına yönəlmiş "Azərbaycan Hava Yolları" aviaşirkətinin dəstəyi sayəsində reallaşıb.

Oxunub: 107



XƏBƏR LENTİ