Valyuta məzənnəsi

Lavrov: Rusiya sülhməramlıları Cənubi Qafqazda sülh və etimadı möhkəmləndirməyə hazırdır

Tarix:10-10-2023, 10:45

Sergey Lavrov Bakıya gəlib - Turkic World

Rusiya sülhməramlıları Cənubi Qafqazda sülh və etimadı möhkəmləndirməyə hazırdır.

YeniAN.az  xəbər verir ki, bu fikirlər Rusiya xarici işlər naziri Sergey Lavrovun ”BMT Nizamnaməsinin prinsiplərinə tam şəkildə riayət etmək və qarşılıqlı əlaqə - beynəlxalq sülhün, sabitliyin açarıdır” adlı məqaləsində yer alıb.

Lavrovun sözlərinə görə, ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda qeyri-stabillik səpməyə davam edir. Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Cənubi Qafqaz regionunda dinc həyatın bərqərar olmasına töhfəsini verməyə hazırdır.

Rusiya XİN başçısı vurğulayıb ki, ABŞ və Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinə müdaxiləsi qeyri-sabitliyə səbəb olur.

"Brüssel öz geosiyasi ambisiyalarını düşünərək, Vaşinqtonla birgə Cənubi Qafqazda sabitliyin pozulmasına gətirib çıxaran "vasitəçilik xidmətlərini” Azərbaycan və Ermənistana sırıyır”, - Lavrov qeyd edib.

"Hazırkı dövrdə İrəvan və Bakı liderləri hər iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdiyi vaxtda, dinc həyatın bərqərar olmasının və qarşılıqlı etimadı möhkəmləndirməyin zamanı çatıb. Rusiya sülhməramlı kontingenti bu prosesə hər cür töhfə verməyə hazırdır”, - Lavrov əlavə edib.

Oxunub: 45



XƏBƏR LENTİ