23-31 oktyabr 2023-cü il
tarixlərində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin 5
nəfərdən ibarət nümayəndə heyəti AVMVİB sədri Füzuli Rzaquliyevin əmri
ilə Qazaxıstan Respublikasına ezam olunmuşlar. Məqsəd Qazaxıstan
Respublikasının İdman və Gənclər Nazirliyi və Qazaxıstan Veteranlarının
təşəbbüsü ilə keçirilən Beynəlxalq Forumda iştirak etmək, eyni zamanda
Turan-Türk Dövlətləri Veteranları Birliyini təsis etmək üçün Beynəlxalq
Sazişi imzalamaq olmuşdur.
AVMVİB
sədrinin səlahiyyətli nümayəndəsi, e.o.polkovnik Elmar Hüseynov
başçılıq etdiyi nümayəndə heyətinin tərkibində olan AVMVİB Gəncə şəhər
şöbəsinin sədri e.o. mayor Bəyanət Qasımov, o cümlədən e.o. polis
polkovniki Mübariz Quliyev, e.o. polkovnik Qaçay Aslanov, müharibə
veteranı Musa Əliyev Qazaxıstan Respublikasının Almata şəhərinin hava
limanında Qazaxıstan veteranlarının sədri Murat Muxametjanov sədr
müavini Ayğan Nurbolat Jolboldıulı, ictimai fəal Bağila Baltabayeva,
Almata, Astana, Taraz, Şımkent, Türkistan şəhərlərinin veteranları
Azərbaycan və Türkiyə nümayəndə heyyətlərini türk dövlətlərinin
bayraqları altında hərarətlə və gül-çiçəklə qarşılanmışlar. Oktyabrın
24-də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin
nümayəndə heyətinin başçısı, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi
Elmar Hüseynovun, Qazaxıstan veteranlarının sədri Murat Muxametjanovun,
Türkiyə Cümhuriyyəti Müharib Qaziləri Dərnəyinin Başkanı Bəyazit Yumuk
və Türkiyə Şəhid Ailələri Dərnəyinin sədri Mustafa İşıkın və digər
türkdilli dövlətlərinin veteranlar birliyini təmsil edən nümayəndələrin
iştirakı ilə Beynəlxalq Forum öz işinə başlamışdır. Tədbir çərçivəsində
Beynəlxalq Memorandumun ilkin layihəsi hazırlanmışdır.
25
oktyabr 2023-cü il tarixində Almata şəhərinin ən nüfuzlu mədəniyyət
evində Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan
Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyətinin bayraqları ilə bəzədilmiş
möhtəşəm salonda Turan-Türk dövlətlərinin Veteranlar Birliyinin təsis
edilməsinə həsr olunmuş I Beynəlxalq Forum çərçivəsində saziş
imzalanmışdır.
Forumda
Azərbaycan Respublikasından AVMVİB-nin sədrinin səlahiyyətli
nümayəndəsi Elmar Hüseynov, Qaçay Aslanov, Mübariz Quliyev, Bəyanət
Qasımov, Musa Əliyev, Türkiyə Cümhuriyyətindən Bəyazit Yumuk, Mustafa
Işık, o cümlədən Türkiyə Cümhuriyyətinin Almata şəhərindəki konsulu
Evren bəy, Azərbaycan Diasporunun Qazaxıstan üzrə sədr müavini
Allahverdi Məmmədov, digər türkdilli dövlətlərin veteran birliklərini
təmsil edən nümayəndə heyəti iştirak etmişdir.
Beynəlxalq
Forumda Turan-Türk dövlətlərinin Veteranları Birliyinin təsis olunması
ilə bağlı qərar qəbul edilmiş və bununla bağlı türkdilli dövlətlərin
veteranlarını təmsil edən səlahiyyətli nümayəndə heyətinin başçıları
tərəfindən Beynəlxalq Saziş imzalanmışdır.
Fərid Səfərov
"Xezertv.info”-nun rəhbəri, AJB-nin üzvü
Oxunub: 5