Valyuta məzənnəsi

Azərbaycanın müdafiə naziri Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinin Baş Kəşfiyyat Departamentinin rəisi ilə görüşüb

Tarix:12-05-2022, 14:10

Azərbaycanın müdafiə naziri Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinin Baş Kəşfiyyat Departamentinin rəisi ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinin Baş Kəşfiyyat Departamentinin rəisi general-leytenant Serik İztleuovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyində YeniAN.az-a verilən məlumata görə, qonaqları salamlayan müdafiə naziri dövlətlərimiz arasında əlaqələrin möhkəm tarixi bazaya və mehriban qardaşlıq münasibətlərinə əsaslandığını bildirib.

General-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbədən sonra azad edilən ərazilərdə görülən işlərlə bağlı nümayəndə heyətinə ətraflı məlumat verib.

Müdafiə naziri, həmçinin Vətən müharibəsində əldə edilən döyüş təcrübəsi və Türkiyə Silahlı Qüvvələrinin modeli nəzərə alınmaqla Azərbaycan Ordusunda aparılan islahatlardan danışıb.

Qazaxıstan Respublikasının müdafiə nazirinin salamlarını çatdıran general-leytenant S.İztleuov hərbi əməkdaşlığın genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.

Görüşdə hər iki ölkənin hərbi qulluqçularının peşəkarlıq səviyyələrinin yüksəlməsində birgə təlimlərin keçirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Sonda hərbi, hərbi təhsil və hərbi kəşfiyyat sahələrində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Azərbaycanın müdafiə naziri Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinin Baş Kəşfiyyat Departamentinin rəisi ilə görüşüb
Azərbaycanın müdafiə naziri Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinin Baş Kəşfiyyat Departamentinin rəisi ilə görüşüb

YeniAN.az

Oxunub: 128



XƏBƏR LENTİ
Şuşanın təbiəti sakinlərin 30 illik ayrılıqdan sonra öz evlərinə qayıtmasına sevinir HİKMƏT HACIYEV
ANAMA Kəlbəcərdəki mina partlayışından sonra əhaliyə növbəti çağırış edib
Bakıda 75 yaşlı kişi qətlə yetirildi: Şübhəli şəxs saxlanıldı
"Kliniki ölüm keçirtdim" - Natavan Həbibi
“Microsoft”a görə ABŞ-də ləğv edilən uçuşların sayı 2,3 mini keçdi
Azərbaycan nefti ucuzlaşıb
Prezident İlham Əliyevin ll Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü canlı yayımlanacaq
Xankəndiyə marşrut xətti açılır - RƏSMİ
FTX Yessentukidə terror aktının qarşısını alıb
Hərbi xidmətdən yayınmaq istəyənlər üçün PİS XƏBƏR - Artıq mümkün olmayacaq...
Ermənistanda təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb
Berlin hava limanında uçuşlar dayandırılıb
Dünyada kütləvi nasazlıq yaşanır: Hava yolları və bankların işində problem
Çimərliyə gedənlərin NƏZƏRİNƏ! - Bu şəxslər 1 000 manat CƏRİMƏ OLUNACAQ
İlham Əliyev Oksfordda Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb
lham Əliyev Oksfordda Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşüb
İlham Əliyev Oksfordda Çexiyanın Baş naziri Petr Fiala ilə görüşüb
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib
İlham Əliyev Bakıda əsaslı şəkildə yenidən qurulan Nərimanov parkının açılışında iştirak edib