Valyuta məzənnəsi

Moskvada yaşayan keçmiş DTK sədri Vaqif Hüseynov VƏFAT ETDİ

Tarix:4-06-2024, 17:54

Moskvada yaşayan keçmiş DTK sədri Vaqif Hüseynov VƏFAT ETDİ | KONKRET

Azərbaycan SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri olmuş Vaqif Hüseynov Rusiyada dünyasını dəyişib.

YeniAN.az  xəbər verir ki, o, bu gün 82 yaşında vəfat edib.

 

Qeyd edək ki, V. Hüseynov 1989-1991-ci illərdə Azərbaycan DTK-nın sədri, uzun müddət Kommunist Partiyasının Bakı şəhər üzrə birinci katibi, Azərbaycan SSRİ Olimpiya Komitəsinin sədri və digər vəzifələrdə çalışıb.

Hüseynov DTK sədri olduğu zaman bir neçə saxtakarlıqlarda ittiham olunub. Onun bir erməni zabitinin və arvadının pasportunu dəyişərək azərbaycanlaşdırdığı da ittihamlar arasındadır. Bu və digər cinayətlərinə görə, 90-cı illərdə Respublika Prokurorluğu Rusiyadan onun ekstradisiyanı tələb edib. Lakin V. Hüseynov 1995-ci ildə Rusiya vətəndaşlığını aldığı üçün bu tələb təmin edilməyib.

Vaqif Hüseynov 27 noyabr 1942-ci ildə Qubada anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Ali təhsilini başa vurduqdan sonra jurnalist kimi bir sıra mətbu orqanlarda – AzTV kanalında, "Sport”, "Molodyoj Azerbaydjana” "Olimpiyskaya Panorama” qəzetlərində fəaliyyət göstərib.

O, 1997-ci ildə Moskvada tanınmış "Rosbalt” informasiya agentliyini yaradıb. Ölənədək agentliyin Direktorlar Şurasının sədri, eyni zamanda Strateji Dəyərləndirmə və Təhlil İnstitutunun direktoru olub.

Oxunub: 96



XƏBƏR LENTİ
Şuşanın təbiəti sakinlərin 30 illik ayrılıqdan sonra öz evlərinə qayıtmasına sevinir HİKMƏT HACIYEV
ANAMA Kəlbəcərdəki mina partlayışından sonra əhaliyə növbəti çağırış edib
Bakıda 75 yaşlı kişi qətlə yetirildi: Şübhəli şəxs saxlanıldı
"Kliniki ölüm keçirtdim" - Natavan Həbibi
“Microsoft”a görə ABŞ-də ləğv edilən uçuşların sayı 2,3 mini keçdi
Azərbaycan nefti ucuzlaşıb
Prezident İlham Əliyevin ll Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü canlı yayımlanacaq
Xankəndiyə marşrut xətti açılır - RƏSMİ
FTX Yessentukidə terror aktının qarşısını alıb
Hərbi xidmətdən yayınmaq istəyənlər üçün PİS XƏBƏR - Artıq mümkün olmayacaq...
Ermənistanda təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb
Berlin hava limanında uçuşlar dayandırılıb
Dünyada kütləvi nasazlıq yaşanır: Hava yolları və bankların işində problem
Çimərliyə gedənlərin NƏZƏRİNƏ! - Bu şəxslər 1 000 manat CƏRİMƏ OLUNACAQ
İlham Əliyev Oksfordda Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb
lham Əliyev Oksfordda Finlandiya Prezidenti Aleksandr Stubb ilə görüşüb
İlham Əliyev Oksfordda Çexiyanın Baş naziri Petr Fiala ilə görüşüb
İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxış edib
İlham Əliyev Bakıda əsaslı şəkildə yenidən qurulan Nərimanov parkının açılışında iştirak edib