Azərbaycanın və Özbəkistanın birinci xanımları və qızları Daşkənddə sərgi ilə tanış olub
və Özbəkistan milli geyimlərindən ibarət kolleksiyaya baxıblar.
YeniAN.az xəbər verir ki, avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı
Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı
Ziroatxon Mirziyoyeva və qızı Saida Mirziyoyeva ilə birgə Özbəkistanın Xalq rəssamı
Akmal Nurun əsərlərindən ibarət sərgi ilə tanış olub və
Özbəkistan milli geyimlərindən ibarət kolleksiyaya baxıblar.