AZAL-ın zərər görmüş təyyarəsinin pilotları məcburi eniş üçün sorğu göndərsələr də
Rusiya hava limanlarında təyyarəyə eniş icazəsi verilməyib.
YeniAN.az xəbər verir ki, bu barədə "Euronews"a
Azərbaycanın hökumət mənbələrindən bildirilib.
Qeyd edilib ki, ekipaja Xəzər dənizi üzərindən Qazaxıstanın Aktau şəhərinə
uçmaları əmr olunub.
Məlumata görə, təyyarənin GPS naviqasiyası dəniz üzərindəki
bütün marşrut boyunca bloklanıb.