"İlkin məlumatlar Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin
qəzaya uğramasına Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən
vurulmasının səbəb olduğunu göstərir".
YeniAN.az "Agence France-Presse"yə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin adının açıqlanmasını istəməyən rəsmisi bildirib.
Yazıda qeyd edilib ki, ABŞ rəsmisinin şərhi Azərbaycan hökumət mənbələrinin təyyarənin
qəzaya uğramasına Rusiya hava hücumundan müdafiə sisteminin səbəb olduğu
barədə mətbuatda yayılan xəbərlərdən sonra gəlib.