Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri
və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına
"Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın qısa
müddətdə söndürülüb.
Bu barədə Qaynarinfo-ya FHN-dən bildirilib.
26.06.2025 // 23.58
Fövqəladə
Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və
təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə
məhdudlaşdırılıb.
Bu barədə Qaynarinfo-ya FHN-dən bildirilib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
Əlavə məlumat veriləcək.
23.52
Fövqəladə
Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Bakı şəhəri, Cəfər
Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğınla
müşayiət olunan partlayışın baş verməsi barədə məlumat daxil olub.
Qaynarinfo xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, bəzi media resurslarında "Alov” zavodunda
partlayış-yanğın baş verməsi barədə verilmiş məlumat həqiqətə uyğun
deyil.
13.28
Bakıda güclü partlayış baş verib.
"Report" xəbər verir ki, hadisə Kinostudiyanın köhnə pirotexnika sahəsində qeydə alınıb.
Bildirilib ki, hadisə yerinə fövqəladə xidmətlər cəlb olunub.
Əlavə məlumat veriləcək.
Oxunub: 0