Fövqəladə Hallar Nazirliyinin "112″ qaynar telefon xəttinə Sumqayıt şəhəri, İnşaatçılar küçəsində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
YeniAN.az xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 250 m² olan polietilen tullantılarının təkrar emalı sexində baş verdiyi, yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 3 boksdan ibarət sexin bir boksunda 50 m² sahəyə yığılan polietilen tullantıları və 1 ədəd üyütmə dəzgahı yanıb.
Sexin böyük hissəsi yanğından mühafizə olunub.