Valyuta məzənnəsi

"Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın söndürülüb

Tarix:29-04-2022, 14:19

"Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülən operativ və təxirəsalınmaz tədbirlər sayəsində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın saat 08:24-də söndürülüb. Hazırda ərazidə konstruksiyaların söküntüsü və müvafiq tədbirlər görülür. Hadisə nəticəsində xəsarət alan olmayıb.

YeniAN.az xəbər verir ki, FHN-in və Baş Prokurorluğun müstəntiqlərindən ibarət yaradılan istintaq qrupu tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək

***

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər, o cümlədən yanğınsöndürmə qüvvələrinin peşəkar və fədakar fəaliyyəti sayəsində Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın məhdudlaşdırılıb.

YeniAN.az xəbər verir ki, ümumilikdə təqribən 5000 kv.m sahədə baş vermiş yanğın 4000 kv.m sahədə söndürülüb, qalan hissənin söndürülməsi və soyutma işləri davam etdirilir.

"Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın söndürülüb
"Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın söndürülüb
"Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın söndürülüb
"Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğın söndürülüb





YeniAN.az

Oxunub: 175



XƏBƏR LENTİ