Valyuta məzənnəsi

Bakıda və Abşeronda unun topdansatış qiyməti azalıb

Tarix:8-07-2025, 11:28

Bakı və Abşeronda unun topdansatış qiyməti açıqlanıb.

Obyektivxeber.info xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, iyulun 7-nə Azərbaycanda un istehsalçılarının topdansatış məntəqələrində 50 kiloqramlıq un kisəsinin qiyməti 25.8-28 manat arasında dəyişib.

Həmçinin, bu göstərici ötən həftə ilə dəyişməyib.

O cümlədən, Bakı şəhərində və Abşeron rayonunda unun topdansatış qiyməti 26.5-27.3 manat arasında dəyişib. Minimum qiymət dəyişməz qalıb, maksimum qiymət isə 0.7% azalıb.

Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti Şabran rayonunda qeydə alınıb və 25.8 manat təşkil edib ki, bu da 1 həftə əvvələ nisbətən eynidir.

Ən yüksək qiymət isə Gəncə şəhərində müşahidə olunub - burada 50 kiloqramlıq un kisəsi 28 manata satılıb ki, bu da həftəlik müqayisədə eynidir.

Oxunub: 28



XƏBƏR LENTİ