Valyuta məzənnəsi

Azərbaycanda kərə yağının qiyməti 20 manat ola bilər - SƏBƏB

Tarix:18-02-2019, 21:41

Azərbaycanda kərə yağının qiyməti 20 manat ola bilər - SƏBƏB

Son aylar dünya bazarında kərə yağının qiyməti sürətlə bahalanmaqdadır. obyektivxeber.info "globaldairytrade" portalına istinadən bildirir ki, son 3 ay ərzində dünya bazarlarında kərə yağının qiyməti 23% artıb. Belə ki, noyabr ayının sonunda dünya bazarında kərə yağının 1 tonunun orta qiyməti 3 min 630 dollar olduğu halda, fevral ayının əvvəlində 4 min 450 dollara kimi yüksəlib.
Məlumat üçün qeyd edək ki, ötən ilin yanvar-noyabr ayında xaricdən Azərbaycana gətirlən kərə yağının 1 kiloqramının gömrük dəyəri 5,8 dollar (9,8 manat) olub. Bu qiymətə ölkəyə daxil olan kərə yağı isə pərakəndə satış mağazalarında 15-16 manata satılıb. Əgər son 3 ayda kərə yağı dünya bazarında 23% bahalanıbsa və bu qiymətlər yenidən aşağı düşməzsə, bahalanma bir müddətdən sonra özünü pərakəndə satış mağazalarındakı qiymətlərdə də göstərə bilər. Hazırda 15-16 manata satılan kərə yağının qiymətində 23%-lik artım baş verərsə, bu o deməkdir ki, yaxın zamanlarda kərə yağının qiyməti 20 manata yaxınlaşcaq.

Oxunub: 314



XƏBƏR LENTİ