Valyuta məzənnəsi

Bakıda işçi müdirini öldürdü — Nisyə cörəyə görə

Tarix:17-02-2019, 11:09

[img=left]http://obyektivxeber.info/uploads/posts/2019-02/1550387421_1550301029_0001.jpg[/img
Qətl törətməkdə təqsirləndirilən İsmayıl Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
“Ölkə.Az” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə istintaqı zamanı şahid qismində Aysel Məmmədova ifadə verib.

O, hadisənin baş verdiyi yerdə - "Batabat" kafesində çalışdığını, həmin zaman təqsirləndirilən şəxslə mərhum Elmar Qasımovun mübahisə etdiyini bildirib.
A.Məmmədova deyib ki, hadisə zamanı E.Qasımov İ.Cəfərovu təhqir edib, sonra boğazından tutaraq yuxarı qaldırıb:

"Mən müdaxilə edə bilmədim. Bir də onu gördüm ki, İsmayıl cibindən bıçaq çıxarıb Elmarı vurdu. Elmar "maşın, maşın" deyə qışqırıb çölə çıxdı. Bir maşına əl eləsə də, saxlamadı. Sonra özü yeriyərək getdi. Nə olduğunu bilmədik".
Şahid ifadəsinin sonunda təqsirləndirilən şəxsin günahsız olduğunu, sakit adam olduğunu söyləyib.

Daha sonra digər şahid, "Batabat" kafesində çalışan Samra Taralova dindirilib. O, qeyd edib ki, iş yoldaşı A.Məmmədova İ.Cəfərovdan nisyə çörək alıb, buna görə də sex sahibi E.Qasımov təqsirləndirilən şəxslə mübahisə edib: "Sonra içəri keçdim və bu hadisə baş verdi".

Qeyd edək ki, qətl hadisəsi Bakı şəhərində, NZS qəsəbəsində baş verib. Çörək sexində çalışan İ.Cəfərov sexin sahibi Elmar Qasımovu mübahisə zəminində bıçaqlayıb. Nəticədə E.Qasımov ölüb.

Hadisədən sonra İ.Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Oxunub: 318



XƏBƏR LENTİ
“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” - Təmraz Tağıyev
Əliyevlə Paşinyan nəyi müzakirə ediblər?
Fotonun içindəki foto...
4 yaşlı uşaq kirayə tutduqları villanın hovuzunda boğuldu
Məktəblərdə rus bölmələrinin bağlanması məsələsinə nazirdən - Münasibət
Nazir: "Sertifikasiya prosesi zamanı beş nəfər imtahana telefon keçirmək istəyib"
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Şəmkirdə müəlliməni məktəbdən qaçıran dəstə azadlığa buraxıldı
Əbu-Dabi görüşündə diqqətçəkən MƏQAM - Mustafayev və Qriqoryan da iştirak edirlər
Əbu-Dabidə İlham Əliyevin Nikol Paşinyanla görüşü başlayıb
Ötən gün 28 nəfər Almaniyadan Azərbaycana readmissiya olunub
Onkologiyada inqilab: Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
Azərbaycan neftinin qiyməti 75 dolları ötüb
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
Ceyhun Bayramov diplomatları peşə bayramı münasibətilə təbrik edib
Şəmkirdə 39 yaşlı kişi küçədə bıçaqlandı
Qvatemalada güclü zəlzələ: İki nəfər öldü, yüzlərlə yaralı var
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
Klublararası dünya çempionatında son finalçı bəlli olur: PSJ "Real Madrid"lə üz-üzə