Valyuta məzənnəsi

Bakıda sərnişin avtobusu yanıb

Tarix:7-03-2023, 17:06

Bu gün  Binəqədi rayonu ərazisində, Xocasən yolunda avtobus yanıb.

YeniAN.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib. 

Onun sözlərinə görə, bu gun saat 07:45 radələrində 596 nömrəli marşrut xətti üzrə Xocəsən dairəsindən Meyvəli bazarı istiqamətinə hərəkətdə olan "İVECO OTOYOL" markalı 90 LR 327 nömrə nişanlı avtobus ilkin məlumata görə mühərrikində baş vermiş qısa qapanma səbəbindən alov alaraq yanıb.

Hadisə nəticəsində ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala qalıb. Hadisə yerinə dərhal yaxınlaşan YPX əməkdaşları sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin ediblər. Yanğın qısa müddət ərzində söndürülüb.

Qeyd olunan yolda hərəkət tam bərpa edilib.Xocəsən-Sədərək yolunda avtobusun yanma səbəbi məlum oldu

Oxunub: 68



XƏBƏR LENTİ