Valyuta məzənnəsi

Kommunal xidmət avtomobilinin sərnişin avtobusuna dəyməsi nəticəsində bir neçə nəfər xəsarət alıb

Tarix:28-04-2019, 12:10

Kommunal xidmət avtomobilinin sərnişin avtobusuna dəyməsi nəticəsində bir neçə nəfər xəsarət alıbBir qədər əvvəl hava limanı avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 909 dövlət qeydiyyat nişanlı avtobusa dəyib.

Hadisə ilə bağlı məlumat daxil olan kimi Bakı Nəqliyyat Agentliyinin əməkdaşları qəza yerinə gedib. Araşdırma aparılıb. İlkin məlumata görə, hadisəyə səbəb kommunal xidmət avtomobilinin avtobusa arxadan dəyməsi olub.

Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən bir neçəsi xəsarət alıb.

Oxunub: 221



XƏBƏR LENTİ