Valyuta məzənnəsi

Avroliqa: Gecənin sensasiyasını BATE reallaşdırdı

Tarix:15-02-2019, 11:32

Avroliqa: Gecənin sensasiyasını BATE reallaşdırdı
Avropa Liqasında 1/16 final mərhələsində növbəti oyunlar keçirilib.

Obyektivxeber.info xəbər verir ki, bu gecə 15 qarşılaşma baş tutub.

Türkiyə təmsilçisi "Qalatasaray” "Benfika”nı qəbul edib. Oyun qonaq komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan çempionu "Qarabağ”ın rəqibləri olmuş BATE və "Arsenal” Belarusda üz-üzə gəlib. Belarus təmsilçisi İngiltərə klubuna minmal hesabla qalib gələrək gecənin ən gözlənilməz nəticəsinə imza atıb.

"Renn" - "Betis" oyununda 6, "Olimpiakos" - "Dinamo" (Kiyev) matçına 4 qol vurulsa da, qalib müəyyənləşməyib.

İlk yarıda 2 top buraxan Kiyev "Dinamo"sunun Yunanıstan səfərində oyundan "qopmaması" diqqət çəkibsə, Ukraynanın digər təmsilçisi "Şaxtyor" da öz meydanında "Ayntraxt"a uduzmayıb. "Napoli" "Sürix", "Çelsi" "Malmö" səfərində sürprizə imkan verməyib.

Qeyd edək ki, bu mərhələnin bir oyunu çərşənbə axşamı keçirilib və "Fənərbağça" (Türkiyə) "Zenit"i (Rusiya) məğlub edib - 1:0.

Avropa Liqası
1/16 final
İlk oyunlar

14 fevral

Krasnodar (Rusiya) – Bayer (Almaniya) 0:0

Qalatasaray (Türkiyə) - Benfika (Portuqaliya) 1:2
Qollar: Kristian Luyindama, 54 - Eduardo Salvio, 27-pen. Haris Seferoviç, 64.

Latsio (İtaliya) - Sevilya (İspaniya) 0:1
Qol: Vissam Ben Yedder, 22.

Rapid (Avstriya) - İnter (İtaliya) 0:1
Qol: Lautaro Martines, 39-pen.

Renn (Fransa) – Betis (İspaniya) 3:3
Qollar: Adrien Huno, 2. Xavi Qarsiya, 11 (avtoqol). Hatem Ben Arfa, 45+3-pen - Covani Lo Çelso, 32. Sidney, 62. Dieqo Laynes Leyva, 90.

Slaviya (Çexiya) - Genk (Belçika) 0:0

(Belarus) - Arsenal (İngiltərə) 1:0
Qol: Stanislav Draqun, 45.
Qırmızı vərəqə: Aleksandre Lakazet, 85 (Arsenal).

Olimpiakos (Yunanıstan) - Dinamo (Kiyev, Ukrayna) 2:2
Qollar: Ahmed Hassan, 10. Gil Bastiao Dias, 40 - Vitali Buyalski, 28. Benjamin Verbiç, 90.

Brügge (Belçika) - Zalsburq (Avstriya) 2:1
Qollar: Densvil, 65. Uesli, 81 - Zlatko Yunuzoviç, 18.

Malmö (İsveç) - Çelsi (İngiltərə) 1:2
Qollar: Kristansen, 80 - Ross Barkli, 30. Jiru, 58

Seltik (Şotlandiya) - Valensiya (İspaniya) 0:2
Qollar: Çerışev, 42. Sobrino,49

Sportinq (Portuqaliya) - Vilyarreal (İspaniya) 0:1
Qol: Alfons, 3.

Sürix (İsveçrə) - Napoli (İtaliya) 1:3
Qollar: Kolollo, 83 (pen) - Lorenzo İnsigne, 12. Joze Kallexon, 21. Zelinski,77.

Şaxtyor (Ukrayna) - Ayntraxt (Almaniya) 2:2
Qollar: Marlos, 9 (pen). Tayson, 67 - Martin Hinteregger, 7. Kostiç, 50.
Qırmızı vərəqə: Taras Stepanenko, 11 (Şaxtyor).

Viktoriya (Çexiya) - Dinamo (Xorvatiya) 2:1
Qollar: Pernika, 54, 83 - Olmo,41
Oxunub: 294



XƏBƏR LENTİ