Valyuta məzənnəsi

"Real"dan 4,5 milyon avroluq futbolçuya 60 milyonluq təklif

Tarix:18-03-2019, 15:27

"Real"dan 4,5 milyon avroluq futbolçuya 60 milyonluq təklif
Zinəddin Zidanın "Real"da görmək istədiyi daha bir futbolunun adı açıqlanıb.

Obyektivxeber.info "Corriere dello Sport"a istinadən xəbər verir ki, fransalı mütəxəssis "Roma"dan Nikolla Zanyolonu istəyir. "Real" bu futbolçu üçün İtaliya klubuna 60 milyon avro təklif edəcəyi deyilir.

Qeyd edək ki, 19 yaşlı yarımmüdafiəçi "Roma"ya 2018-ci ilin yayında "İnter"dən 4,5 milyon avroya transfer olunub. Hazırda "Transfermrkt"ın 40 milyon avro qiymət qoyduğu futbolçu cari mövsümdə oynadığı 28 matçda 5 qola imza atıb və 2 məhsuldar ötürmə edib.
Oxunub: 276



XƏBƏR LENTİ