Valyuta məzənnəsi

De Liqt: "Fəxr edirik, azarkeşlərimiz qürurlanır"

Tarix:17-04-2019, 10:14

De Liqt: "Fəxr edirik, azarkeşlərimiz qürurlanır""Ayaks”ın müdafiəçisi Mateys de Liqt "Yuventus” üzərində 2:1 hesablı səfər qələbəsindən sonra BBC-yə açıqlama verib.





Obyektivxeber.info-ın məlumatına görə, Çempionlar Liqasının 1/4 finalının ilk oyununda 1:1 hesablı heç-heçəyə razılaşdığı İtaliya təmsilçisini qonaq qismində məğlub edərək adını 1/2 finala yazdıran Hollandiya təmsilçisinin üzvü belə deyib:


"Ağlagəlməz duyğulardı. Emosialarımı dilə gətirmək üçün söz tapmıram. Güclü olduğumuzu, hamıya çətinlik yarada bildiyimizi növbəti dəfə isbatladıq. "Real”ın ardınca "Yuventus”u da yendik. Məğlub etdiklərimiz turnirin əsas favoritləri sayılırdı. Nəticə ilə fəxr edirik. Şəhərimiz, azarkeşlərimiz qürurlanır. "Ayaks” bundan öncə Çempionlar Liqasının yarımfinalına çıxanda mən həyatda yox idim”.


Qeyd edək ki, "Ayaks” yarımfinalda "Mençester Siti” – "Tottenhem” cütünün qalibi ilə üz-üzə gələcək.

Oxunub: 215



XƏBƏR LENTİ