Valyuta məzənnəsi

“Nar”-ın dəstəyi ilə “Brain Ring” intellektual yarışları start götürdü"

Tarix:24-09-2018, 11:10

 “Nar”-ın dəstəyi ilə “Brain Ring” intellektual yarışları start götürdü"

Təhsil və elmə, mədəniyyət və maariflənmənin təbliğinə xüsusi önəm verən “Nar” intellektual bilik yarışlarını dəstəkləməyə davam edir. Artıq bir neçə ildir ki, “Brain Ring” yarışının sponsorluğunu öz üzərinə götürmüş mobil operator bu il də məşhur bilik yarışlarının baş sponsorudur.

Sentyabr ayının 16-da “Brain Ring” intellektual bilik yarışlarının növbəti – on ikinci mövsümü start götürdü. “Brain Ring” bilik yarışlarında respublikanın müxtəlif bölgələri və ali məktəblərini təmsil edən komandalar iştirak edirlər. Yarışlarda respublikanın 17 bölgəsi və 10 ali məktəbini təmsil edən 32 komanda bilik mübarizəsi aparır. Dekabr ayının sonunadək davam edəcək yarışlar hər həftənin bazar günü saat 22:00-da İctimai TV vasitəsilə yayımlanır.

Televiziya tamaşaçılarının yarışlara olan marağını daha da artırmaq məqsədilə “Brain Ring” və “Nar” onlayn müsabiqə keçirir. Verilişin yayımı zamanı “Nar”-ın “Twitter” hesabında qoyulan suala ən tez cavab verən izləyicilər xüsusi hədiyyələr qazanırlar. Beləliklə, “Brain Ring” həvəskarları bu intellektual yarışı izləmək fürsəti ilə yanaşı, həm də “Nar” operatorundan hədiyyələr qazanmaq şansı əldə edirlər.

Yarışlarda qalib gəlmiş komanda xüsusi dizayn edilmiş “Bilik” kuboku ilə təltif ediləcək. “Bilik” kubokunun qalibi “Brain Ring 2018” Azərbaycan çempionu titulu uğrunda yarışmaq hüququ əldə edəcək.

“Nar” gəncləri stimullaşdırmaq üçün müxtəlif səpkili bilik yarışları, intellektual oyunları dəstəkləməyə çalışır və bununla da onların elmə, təhsilə, biliyə olan marağını artırmağa səy göstərir, maariflənməni təşviq edir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Oxunub: 273



XƏBƏR LENTİ
Gürcüstan parlamenti etirazlara səbəb olan qanun layihəsini təsdiq etdi
Hikmət Hacıyev: Rusiya sülhməramlılarının Azərbaycandan vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib
Sabiq deputat İsgəndər Quliyev vəfat edib
Yeni Kaledoniya nümayəndə heyəti Bakıda Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib - FOTO
Kreml Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına başlanıldığını təsdiqləyib
AYTƏN SƏFƏROVANIN “Qabırğaları qırılıb” - Həyat yoldaşından açıqlama
"Başgicəllənmə, ürəkbulanma olacaq, çünki..." - Əhaliyə XƏBƏRDARLIQ
Sabiq deputat Hadı Rəcəbli ilə vida mərasimi keçirilir - FOTO
“Bank Respublika” məhkəməyə verildi
İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib
Ceyhun Bayramov Körfəz Əməkdaşlıq Şurası-Mərkəzi Asiya Sammitində çıxış edib
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başlayır
ABŞ-də erməni qəbiristanlığı yandırılıb
Qazaxıstan Prezidenti Ermənistana səfər edib
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə görüşüb
Qazaxıstanda daşqınlar səbəbindən 108 mindən çox insan təxliyə edilib
Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
Bakıda 131 yaşlı tarixi bina qəzalı vəziyyətdədir
Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub