Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov Split şəhərinin meri Andro Krstuloviç Opara ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında mədəni-tarixi oxşarlığın olduğu qeyd edilib və əməkdaşlıq üçün geniş imkanların olduğu bildirilib. İki ölkə arasında iqtisadi, mədəni, elmi-texniki əlaqələrin inkişaf etdirilməsi və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri geniş müzakirə edilib. Vurğulanıb ki, regionlararası əməkdaşlıq ölkələr arasında əlaqələrə müsbət təsir edir. Bu xüsusda Split şəhəri ilə əlaqələrin yaradılması Azərbaycan ilə Xorvatiya arasında mövcud olan münasibətlərin yeni mərhələyə çıxmasına töhfə verə bilər.
Görüşdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.