Valyuta məzənnəsi

Səfir Əkrəm Zeynallı: Azərbaycan Çinin regionları və şəhərləri ilə əməkdaşlığın genişlənməsində maraqlıdır

Tarix:6-03-2019, 12:15

Səfir Əkrəm Zeynallı: Azərbaycan Çinin regionları və şəhərləri ilə əməkdaşlığın genişlənməsində maraqlıdır
Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı Siçuan vilayətinin Cıqun və İbin şəhərlərinə işgüzar səfəri zamanı ölkəmizin Çinin bölgələri və şəhərləri ilə əməkdaşlığın yaradılması və inkişafı məsələlərini müzakirə edib.

AZƏRTAC xəbər verir ki, Cıqun Şəhər Partiya Komitəsinin daimi üzvü, şəhər təşkilat komitəsinin sədri xanım Liu Min ilə görüşdə ölkələrimiz arasındakı münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivlərindən söhbət açılıb, humanitar sahədə əməkdaşlığın genişləndirilməsi, şəhərlər arasında qardaşlaşma münasibətlərinin qurulması və birgə mədəniyyət tədbirlərinin təşkilinə dair müzakirələr aparılıb. Səfər çərçivəsində Ciqun şəhərindəki şirkətlərin nümayəndələri ilə görüşlərdə iki ölkənin sahibkarları arasında əlaqələrin qurulması və genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

İbin şəhər merinin müavini Liao Venbin ilə görüş zamanı Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə ölkəmizin əməli dəstəyi və töhfələri barədə məlumat verilib, regionlararası münasibətlərin qurulması və inkişafı çərçivəsində Siçuan vilayəti də daxil olmaqla Çinin müxtəlif bölgələri və şəhərləri ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağı vurğulanıb.

Bundan başqa, yerli şirkətlərin rəhbərləri ilə əməkdaşlıq imkanları müzakirə edilib, həmçinin Siçuan Elm və Mühəndislik Universitetinin rektoru Luo Huybo və orada təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib.
Oxunub: 261



XƏBƏR LENTİ