Bu gün ADP İdarə Heyətinin toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən musavat.com-a verilən xəbərə görə, İdarə Heyəti 9 fevral 2020-ci il tarixdə keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərində partiyanın iştirak məsələsini də müzakirə edib.
Müzakirələrin yekunu olaraq İdarə Heyəti partiyanın növbədənkənar parlament seçkilərində iştirakının məqsədə uyğun olduğunu bildirib və bu məsələ barədə müvafiq qərarın qəbul edilməsi üçün 11 dekabr 2019-cu il tarixində Ali Məclisin sessiyasının çağırılması qərara alınıb.
İdarə Heyəti həmçinin Ali Məclisə ilkin olaraq aşağıdakı şəxslərin ADP adından 9 fevral 2020-ci il tarixdə keçiriləcək növbədənkənar parlament seçkilərində müvafiq seçki dairələri üzrə namizədliklərinin irəli sürülməsini tövsiyyə edib.
9 saylı Binəqədi ikinci - Taliyət Əliyev
14 saylı Xəzər - Həsrət Rüstəmov
15 saylı Yasamal birinci - Sərdar Cəlaloğlu
17 saylı Yasamal üçüncü - Nazilə Soltanova
21 saylı Nəsimi birinci - Bəhruz Məmmədov
22 saylı Nəsimi ikinci - Rəşid Mənsurov
24 saylı Nizami birinci - Nurəddin İsmayılov
25 saylı Nizami ikinci - Vüqar Məmmədov
26 saylı Sabunçu birinci - Eldəniz Xudiyev
27 saylı Sabunçu ikinci - Nizami Məmmədzadə
29 saylı Səbail - Sadiq Həsənov
34 saylı Xətai ikinci - Zakir Hüseynov
35 saylı Xətai üçüncü - İlham Şərifov
41saylı Sumqayıt birinci - Qəşəm Abışov
42 saylı Sumqayıt ikinci - Xaliddin Cangirov
45 saylı Abşeron - Yaqub Xudiyev
46 saylı Şirvan - Kamil İsayev
47 saylı Mingəçevir - Əli Rəfiyev
57 saylı Kürdəmir - Cəbrayıl Dünyamalıyev
61 saylı Neftçala - Elton Sədiyarov
66 saylı Biləsuvar - Mehman İsmayılov
69 saylı Cəlilabad-Masallı-Biləsuvar - Daşqın Nuriyev
71 saylı Masallı kənd - Natiq Eynullayev
77 Astara şəhər - İlqar Qənbərov
87 saylı Ağsu-İsmayıllı - Süleyman Məmmədov
103 saylı Gədəbəy - Xaliq Sadıqov
111 saylı Zaqatala-Balakən - Mübariz İsmayılov
117 saylı Oğuz-Qəbələ - Əflatun Şərifov
Siyahının artacağı gözlənilir.