Rusiyanın Novosibirsk şəhərində “Rodnik” buz arenasında keçirilən həvəskar matç zamanı 55 yaşlı hokkeyçi ölüb.
TASS bu barədə İstintaq Komitəsinin regional idarəsinə istinadən məlumat yayıb.
Məlumata görə, fakt üzrə cinayət-prosessual yoxlamalar aparılıb və məhkəmə-tibbi ekspertizası təyin olunub. Araşdırmanın yekununda prosessual qərar çıxarılacaq.
Hokkeyçinin “Udarnik” və “Titanlar” həvəskar komandaları arasında keçirilən oyun zamanı dünyasını dəyişdiyi bildirilir.
Ölümün səbəbi hələlik açıqlanmır. Bundan əvvəl - dekabrın 10-da analoji hadisə Perm şəhərində yaşanmışdı. Gecə Hokkey Liqasının “Şahinlər” klubunun oyunçusu PKS komandasına qarşı matç zamanı keçinmişdi.
Oxunub: 332