Valyuta məzənnəsi

Spiker: Avropa Parlamentində bəzi qüvvələr münaqişənin tarixə qovuşması ilə heç cür barışa bilmir

Tarix:6-10-2023, 11:35

Sahibə Qafarova Türkiyəyə səfər edəcək - Yeni Zaman Mobil versiya

Avropa Parlamentində belə qeyri-obyektiv sənədin ortaya çıxması onu göstərir ki, bəzi qüvvələr münaqişənin tarixə qovuşması ilə heç cür barışa bilmir.

YeniAN.az  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycana reinteqrasiyası üçün görülən tədbirlərin görməzliyə vurulması ikili standartlardan xəbər verir: "Sözügedən sənəd, əsasən, fransalı deputatların təşəbbüsü ilə hazırlanıb, bu da heç təsadüfi deyil. Fransa bu gün bütün dəyərləri kənara qoyub. Azərbaycanın uğurlarlnı həzm edə bilməyən qüvvələr bilsin ki, bütün cəhdləri əbəsdir. Haqq, ədalət Azərbaycanın yanındadır. Uzaqda yerləşən erməni cəfakeşləri bilsin ki, nə qədər bölgədən uzaq dursalar, bölgəmiz o qədər rahat nəfəs alacaq”.

Oxunub: 47



XƏBƏR LENTİ