Valyuta məzənnəsi

Məzahir Pənahov: Növbədənkənar prezident seçkiləri əlamətdar hadisədir, tarixə düşəcək

Tarix:20-12-2023, 11:38

Prezident seçkiləri istənilən ölkənin tarixində əlamətdar hadisədir.

YeniAN.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

MSK sədri bildirib ki, 7 fevralda keçiriləcək seçki yeganə seçkidir ki, yüz illiklərə, tarixə düşəcək: "Azərbaycanın bütün ərazisində səsvermə keçiriləcək. Çünki Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz torpaqları işğaldan azad etdi. Bizim cəmiyyət artıq tamam ayrı cəmiyyətdir, biz hər birimiz dəyişmişik”.

MSK sədri qeyd edib ki, milyonlarla insanın iştirak etdiyi seçki ideal ola bilməz: "Amma biz səsvermənin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün çalışırıq. Bütün dünyada seçki proseslərində mübahisəli hallar yaşanır.

Oxunub: 37



XƏBƏR LENTİ