Valyuta məzənnəsi

Ağac və kol bitkilərinin kəsilməsi nəticəsində təbiətə 17 min 80 manat məbləğində ziyan dəyib

Tarix:29-03-2019, 16:40

Ağac və kol bitkilərinin kəsilməsi nəticəsində təbiətə 17 min 80 manat məbləğində ziyan dəyibEkologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Bakı-Quba magistral avtomobil yolunun 17-ci kilometrliyində müxtəlifcinsli ağac və kol bitkilərinin kəsildiyini aşkarlayıblar.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, araşdırma zamanı ağac və kolların “Azəri-İNT” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən kəsildiyi məlum olub.

Faktla bağlı şirkət barəsində akt tərtib edilib və təbiətə 17 min 80 manat məbləğində ziyan dəydiyi müəyyənləşib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbirlərin görülməsi üçün Abşeron Rayon Prokurorluğuna göndərilib.

Oxunub: 267



XƏBƏR LENTİ