Valyuta məzənnəsi

Ölkəmizin boccia üzrə paralimpiya yığması beynəlxalq yarışda bürünc medala layiq görülüb

Tarix:1-04-2019, 14:03

Ölkəmizin boccia üzrə paralimpiya yığması beynəlxalq yarışda bürünc medala layiq görülübXorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Açıq Regional Çempionatda Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə milli komandası uğurla çıxış edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 18 ölkənin boccia üzrə komandalarının iştirak etdiyi çempionatda milli yığmamız qrup mərhələsində ilk oyunda Macarıstan yığmasına məğlub olmasına baxmayaraq, sonrakı görüşlərdə Xorvatiya və Türkiyə yığma komandalarına qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Komandamız yarımfinalda Slovakiya yığmasına məğlub olsa da, Yunanıstan komandası ilə oyunda üstün olub. Beləliklə, Azərbaycan bocciaçıları Açıq Regional Çempionatda üçüncü yeri qazanaraq, bürünc medala sahib olublar.

Oxunub: 237



XƏBƏR LENTİ