Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4267 yeni yoluxma faktı qeydə alınıb, 2566 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan YeniaAN.info-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 138 000 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 83 800 nəfər müalicə olunaraq sağalıb, 1551 nəfər vəfat edib, aktiv xəstə sayı 52 649 nəfərdir.
Ölkədə son sutka ərzində 15 808, hazırkı dövrədək isə 1 79 70 026 test aparılıb.
YeniAN.info